11:16 18.11.2025 397

"Rahat qələbə qazandıq" - "Ayın qolu" mükafatının sahibi

"Xankəndi" komandası 2-ci Liqada növbəti qələbəsini "Göygöl" üzərində qazanıb (3:0). Belədə liderliyini qoruyan Qarabağ təmsilçisinin heyətində ilk qolu Sərxan Ağayev vurub.

Ümumiyyətlə, matç hücumçu üçün yaddaqalan olub. Belə ki, o, "Ayın qolu" layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi kimi mükafatlandırılıb. Mükafatı "Göygöl"lə qarşılaşmanın start fiti ərəfəsində Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

Sərxan Ağayev Fanat.Az-a açıqlamasında həm oyunu dəyərləndirib, həm də aldığı mükafatla bağlı təəssüratlarını bölüşüb:

"Oyun bizim üçün çətin keçmədi. Qələbəni rahat qazandıq. Çox qol vura bilərdik. Bacardıqca çox fərqlənməliyik ki, üstünlüyümüzü möhkəmləndirək. Mən olmayım, digər komanda yoldaşlarım vursun, fərq etmir. Qələbələr bizi çempionluğa aparacaq. İnşallah, mövsümün sonunda kubok bizim olar.
Açığı, oktyabr ayında vurulan ən gözəl qolun müəllifi olacağımı gözləmirdim. Münsiflər sağ olsunlar, dəyər veriblər. Fərdi mükafat futbolçu üçün stimuldur. Amma qeyd etdiyim kimi, əsas komandamızın qələbələridir. Həm hər oyunda 3 xal qazanmağı, həm çox qol vurmağı, həm də "ayın qolu"nun müəllifinin hər dəfə "Xankəndi"nin oyunçusu olmasını arzulayıram".  

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

28 İyun 2026
19:17

"Əl-Hilal" Rafinyadan imtina etdi

18:55

Florentino Peresdən Vinisius Juniora fantastik maaş təklifi

18:13

Modriç DÇ-də tarixi rekordu yenilədi

17:49

Qolsuz heç-heçənin ardından Koşta fərqləndirildi

17:12

Konqo DR - Özbəkistan duelinin ən yaxşı futbolçusu məlumdur

16:47

"Bütün Konqo xalqı adına xoşbəxtik" - Sebastyen Desabr

16:22

Kannavaro qrupdakı 3-cü yenilgini dəyərləndirdi

15:40

Dubla imza atdı, oyunun ən yaxşısı adına layiq görüldü

15:02

Hesabı açdı, matçın ən yaxşı oyunçusu oldu

14:43

Keyn Ronaldunu geridə qoydu

14:15

"Əlimizdən gələni edəcəyik ki..." - Vernidub Varqasla bağlı son vəziyyəti də açıqladı

13:38

Pley-offa yüksələn Əlcəzairin baş məşqçisi nə danışdı?

13:19

"Son 90 saniyədə yaşananları ifadə etməyə söz tapa bilmirəm" - Ralf Ranqnik

12:42

"Qrup mərhələsində Argentinaya qol vuran yeganə komanda bizik"

12:08

Futbol tarixində Messi kimisi olmamışdı

11:39

Skaloni Argentinanın qələbəsini belə şərh etdi

11:23

Messi qrup mərhələsinin bombardiri oldu - Şərikli rekordçulara çata bildimi?

10:55

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri bilindi

10:17

DÇ-2026: Messi yenə qol vurdu, Argentina pley-offa maksimum nəticə ilə adladı

09:58

DÇ-2026: Konqo DR tarixində ilk dəfə pley-offda

09:00

DÇ-2026: İngiltərə millisi Panamanı, Xorvatiya seçməsi Qananı yendi

01:06

“Bu istəklə və templə davam edəcəyik” - Qurban Qurbanov

00:41

Meyson Qrinvud qərarını verdi: "Fənərbağça", yoxsa "Roma"?

00:02

Rafael Fiziyev 100 min avro qazandı

27 İyun 2026
23:42

"Beşiktaş" Kassum Ouattara transferində sona yaxınlaşır

23:15

UFC Bakı: Rafael Fiziyev ikinci raundda Manuel Torresi nokaut etdi

22:11

DÇ-2026: Argentina, Portuqaliya və İngiltərə növbəti sınağına çıxır

21:48

Qətərdən dünya çempionatında görünməmiş jest

21:43

“Neftçi”nin yeni mövsüm ev forması – “Əfsanə zolaqlı”

21:06

"Çelsi" 55 milyon avroluq transferi bitirir

20:59

Yeni transfer "coşdu", "Qarabağ" darmadağına sevindi

20:12

Fərman Həsənov parlaq qələbədən sonra nə danışdı?

20:09

Məsut Özil TFF prezidentliyinə namizəddir

19:30

"Fənərbağça" Tovuza gəlir

19:11

Okan Buruk "Qalatasaray"a Omar Marmuşu istəyir

18:54

"Brentford" Ceydon Entonini 20 milyon funt-sterlinqə transfer edir

18:03

Tahir Abdullayev: Mən ona "kişi kimi döyüş, qaçma" dedim"

17:50

"Barselona"nın yarımmüdafiəçisi İtaliya yolunda - SON DURUM

17:02

"Neftçi" hazırlığın ilk mərhələsini yekunlaşdırdı

16:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

Facebookdan bizi izləməyi unutmayın.
X