
I Liqa təmsilçisi “Şahdağ Qusar” iki həftə əvvəl transfer etdiyi qanalı legioneri Kuaku Adcei Cuniorun problemini yoluna qoyub.
Bu barədə Fanat.Az-a klubun prezidenti Rahid Əmirquliyev məlumat verib.
Qusar təmsilçisinin rəhbəri mərkəz müdafiəçisini artıq Peşəkar Futbol Liqasında sifariş etdiklərini vurğulayıb.
"Kuaku ilə iki həftə əvvəl anlaşsaq da, sənədləşməni başa çatdıra bilmədik və buna görə o, ötən tur “Şimal”la oyunda iştirak edə bilmədi. Artıq problem həll olunub. İlk, həm də yeganə legionerimiz "Zaqatala" ilə oyunda bizə kömək edə biləcək".
Qeyd edək ki, 8-ci turun "Zaqatala" - "Şahdağ Qusar" oyunu sabah keçiriləcək.
Mirağa