
İngiltərə Premyer Liqasında adı açıqlanmayan bir klub "Fənərbağça"nın müdafiəçisi Ceydon Ostervolde ilə danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, jurnalist Sercan Hamzaoğlunun məlumatına görə bu keçid baş tutarsa, "sarı-göylər" dərhal Antonio Rüdiger üçün hərəkətə keçəcək.
"Fənərbağça"nın uzun müddətdir Rüdigeri izlədiyi və müdafiə xəttini gücləndirmək üçün təcrübəli futbolçunu heyətinə qatmaq istədiyi bildirilir.
Ostervolde transferinin qış pəncərəsində konkretləşməsi gözlənilir.
Kamil Xudiyev