
"Fənərbağça" qış transfer pəncərəsində mərkəz hücumçu mövqeyini gücləndirmək üçün 25 milyon avro büdcə ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı “Takvim” qəzeti yayıb.
İstanbul klubunun əsas transfer hədəfi isə hazırda "Atletiko Madrid"in heyətində yer alan norveçli forvard Aleksandr Sörlotdur. "Fənərbağça" rəhbərliyinin oyunçunu heyətə qatmaq üçün qısa müddətdə rəsmi addım atacağı bildirilib.
"Sarı-göy"lər hücum xəttində məhsuldarlığı artırmaq üçün qışda mütləq transfer etməyi planlaşdırır və Sörlot bu planın birinci sırasında dayanır.
Kamil Xudiyev