
Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gələcək. Bakı İdman Sarayındakı qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya 49:87 hesabı ilə uduzub.
Nihat