
"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasının 22-ci turunda əzəli rəqibi "Mançester Siti"ni məğlub etməsinə (2:0) münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Metro" belə çatdırıb:
"Bu oyun son dövrlərdə "Mançester Yunayted" adına ən yaxşı matç idi. MY-yə niyə sabiq futbolçusunun lazım olduğunu soruşsanız cavabım belə olar: Maykl Kerrik klubu tanıyır, onun DNT-sini bilir. Biz bunu bu gün də gördük. Fikrimcə, möhtəşəm idilər".
Nihat