12:40 21.01.2026 953

"Rəqibin zəif tərəflərini və onlardan necə istifadə etməli olduğumuzu öyrənirik" - Millimizin üzvü

"Yeni ildə doğma meydanda keçirəcəyimiz ilk oyunları qələbə ilə başa vurmağa çalışacağıq".

Fanat.Az xəbər verir ki, bunu yığmanın təcrübəli üzvü Oktay Rüstəmli Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, yanvarın 18-dən başlayan məşqlərin qrafik üzrə həyata keçirildiyini və heyətdə gənc oyunçuların da yer aldığını bildirib:

"Hazırlıq davam edir, yanvarın 18-dən məşqlər qrafik üzrə həyata keçirilir. Heyətdə gənc futzalçılar da var. Baş məşqçinin müəyyən tələbləri var, əsas istəyi müdafiədə diqqətli olmaq, səhvsiz oynamaq və sürətli hücuma çıxmaqdır. Elə etməliyik ki, top daha çox bizdə qalsın, məşqlərdə bunların üzərində işləyirik. Standart vəziyyətlərlə bağlı tapşırıqları yerinə yetiririk, nəzəri məşğələlər də olur".

O.Rüstəmli komandanın fiziki durumunun yaxşı olduğunu və azarkeşləri sevindirmək istədiklərini vurğulayıb:

"Fiziki hazırlığımız yaxşıdır. Düzdür, yoldaşlıq oyunları komandanı rəsmi matçlara hazırlamaq üçündür, ona görə bəzən nəticə ikinci plana keçir. Əsas məqsəd baş məşqçinin tapşırıqlarını meydanda düzgün yerinə yetirməkdir".

Təcrübəli futzalçı rəqib komandanı təhlil etdiklərini və çətin oyun gözlədiklərini diqqətə çatdırıb:

"Danimarka millisi son illərdə inkişafdadır, reytinqdə bizdən geridə olduqları üçün DÇ-2028-in ilkin mərhələsindən mübarizəyə başlayacaqlar. Rəqibin oyununu izləmişik, baş məşqçimiz təhlil edib, videoları göstərib. Zəif tərəflərini və onlardan necə istifadə etməli olduğumuzu məşqlərdə öyrənirik. Çətin oyun olacaq, ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan və Danimarka yığmaları arasındakı yoldaşlıq oyunları yanvarın 22-si və 24-də keçiriləcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

12:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

09:30

DÇ-2026-da ilk turun oyun cədvəli: Braziliya, Fransa və İngiltərə əsas rəqiblərinə qarşı

09:00

Azər Bağırovun 6 aylıq sıradan çıxan futbolçu ilə bağlı qərarı bilindi

03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

16:36

Arteta "Arsenal" rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə qatılmasını xahiş etdi

16:17

İspaniya millisinin hücumçusu sıradan çıxdı

15:58

"Şamaxı" yeni hücumçu ilə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X