22:09 30.01.2026 684

"Qurban Qurbanov tarixi şəxsiyyətdir" - Tahir Gözəl

Tahir Gözəl UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunun "Liverpul"la oyununa, komandamızın pley-offa vəsiqə qazanmasına və püşkatmanın nəticəsinə münasibət bildirib.

Fanat.Az "Qarabağ" futbol klubunun prezidentinin fikirlərini təqdim edir:

"Komandamız Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirdi. Bu uğur Liqa mərhələsinin "Liverpul"la "Enfild Roud"dakı ağır qarşılaşmadan sonra rəsmiləşdi. "Qarabağ"ın son turun nəticələrindən sonra ilk "24-lük"də yer alması Azərbaycan futbolu üçün tarixi nəticədir. Bu, təsadüf deyil, uzun illərin zəhmətinin, səbrin və sistemli işin nəticəsidir. "Liverpul"la oyun ağır keçdi. Bu, hamımız üçün aydındır və tamamilə normaldır. Futbolun səviyyəsi artdıqca çətinliklər də artır. Dünyanın ən güclü komandaları belə bəzən istədiyi nəticəni əldə edə bilmir. Ona görə də bu oyunu faciə kimi yox, yolumuzun üzərində dəyərli bir təcrübə kimi qəbul edirik".

Tahir Gözel tarixi uğurla yanaşı, bütün ölkə tərəfindən inam və dəstəyin olmasını da qeyd edib: "Əsas məsələ isə budur ki, "Qarabağ" növbəti dəfə tarix yazdı. "Liverpul"a böyükhesablı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqəni təmin etdik. Sanki bu məqamda ilahi bir toxunuş, ilahi bir nəzər bizə dəstək oldu, əməyimizi bərəkətləndirdi. Mənim üçün bu uğurun ən qiymətli tərəfi xalqımızın komandaya olan inamını qorumasıdır. Nəticədən asılı olmayaraq, bütün ölkənin "Qarabağ"ın yanında olması böyük mənəvi gücdür. Aldığımız saysız-hesabsız dəstək mesajları bunun ən bariz göstəricisidir. Hər kəs anlayır ki, bu səviyyəyə yüksəlmək nə qədər çətindir. Qarşımızda dayanan klublar böyük tarixə, geniş maliyyə imkanlarına və illərlə formalaşmış futbol mədəniyyətinə sahibdir. Amma "Qarabağ" bu səviyyədə yalnız nəticə ilə deyil, duruşu ilə də öz yerini təsdiqlədi".

Klubumuzun prezidenti "Enfild Roud"dakı matçın ən dəyərli məqamlarına da toxunub: "İngiltərədə, oyunun 44-cü dəqiqəsində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarının səslənməsi, bayrağımızın tribunada dalğalanması bir daha göstərdi ki, biz təkcə bir futbol klubu deyilik. Biz bir xalqın səsini, ruhunu və kimliyini təmsil edirik. Dünya bunu gördü və artıq "Qarabağ"a başqa gözlə baxır.

"Qarabağ" bu missiyanı davam etdirir, dayanmır və dayanmayacaq. Qurban Qurbanov tarixi şəxsiyyətdir. "Qarabağ" - dəyərlərə malik, adına layiq olan, təmiz və böyük bir ailədir".

Tahir Gözel azarkeşlərə və futbol ictimaiyyətinə təşəkkürünü də çatdırıb: "Bu yolda bizə inanan, dəstəyini əsirgəməyən hər kəsə minnətdaram. Bu uğur təkcə klubun yox, bütün Azərbaycanın uğurudur. Qarşıda bizi daha çətin, amma bir o qədər də məsuliyyətli mərhələ gözləyir. Əmin ola bilərsiniz ki, "Qarabağ" bundan sonra da ölkəmizi Avropada ləyaqətlə təmsil etmək üçün bütün gücünü ortaya qoyacaq".

Klubumuzun prezidenti pley-off mərhələsinin bu gün keçirilən püşkatmasına da münasibət bildirib: "Avropanın ən nüfuzlu klub turnirində pley-off mərhələsinə yüksəlmək hər klubun arzusudur və bu mərhələ artıq təkcə futbol yox, xarakter, inam və ruh mübarizəsidir. Çempionlar Liqasında yoluna davam edən komandaların hər biri zirvəni hədəfləyir. "Böyük beşlik" liqasını təmsil edən komanda ilə qarşılaşmaq həm məsuliyyət, həm də böyük qürurdur. İngiltərənin "Nyukasl Yunayted" klubunun ölkəmizə gəlməsi Azərbaycan futbolu üçün bayramdır, tribunalar üçün həyəcan, gənclər üçün isə ilham mənbəyidir. Azarkeşlərimizin qarşısında Çempionlar Liqasının əsl ab-havasını yaşadacağımıza ürəkdən sevinirəm. Bu mərhələdə də meydanda son saniyəyədək mübarizə aparacağıq. Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik. Əzmimizlə, xarakterimizlə, birlik ruhumuzla Azərbaycan futbolsevərlərinə unudulmaz anlar bəxş etmək istəyirik. Komandama inamım sonsuzdur. Əminəm ki, futbolçularımız hər iki oyunda sonadək döyüşəcək, heç bir rəqibdən çəkinmədiklərini, bu səviyyəyə layiq olduqlarını və Azərbaycanın futbol xəritəsində artıq söz sahibi olduğunu bütün Avropaya bir daha göstərəcəklər".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2026
19:51

DÇ-2026-da tribunalarda inanılmaz rekord! — Stadionlar tam dolur

19:12

"Arsenal" Deklan Raysın köməyi ilə Premyer Liqa ulduzunu gətirir

18:42

Sosial şəbəkələri çalxalayan "Süni intellekt" davası - FIFA məsələyə nöqtə qoydu

18:22

"Mançester Yunayted" zərərə razı oldu

17:53

Azərbaycan teleməkanında ilk - DÇ oyunlarını xanımlar da şərh edəcək

17:44

Hələ Salah kimisi olmamışdı

17:32

Qazaxıstan yığmasının baş məşqçisi postundan getdi - RƏSMİ

17:13

Yamal qol vurdu, İspaniya yığması unikal rekorda imza atdı

16:54

Almaniya millisinin üzvü üçün mundial erkən bitdi

16:35

"Qısa müddətdə qapınızda üç qol görürüsünüzsə..." - Səudiyyə Ərəbistanının baş məşqçisi

16:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:15

Azərbaycan millisi Tacikistanla qarşılaşacaq

15:57

"Biz hələ də tarix yazmağın bir addımlığındayıq" - Yeni Zelandiya yığmasının çalışdırıcısı

15:29

"Qarabağ" daha iki futbolçusu ilə yollarını ayırdı

15:11

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada 7 medal qazandılar

14:53

AFFA-nın "bonus fondu"ndan kim nə qədər qazandı? - MƏBLƏĞ

14:32

"Nail olduğumuz nəticədən razıyıq" - Kabo Verdenin baş məşqçisi

13:49

"İmişli" yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoydu - RƏSMİ

13:27

"Bəxtimiz gətirdi ki, azlıqda qalan Belçikaya uduzmadıq" - İran millisinin baş məşqçisi nədən narazı qaldığını açıqladı

13:09

"Ümid edirəm ki, Avstriya zəif cəhətlərimizi tapmayacaq" - Lionel Skaloni

12:48

Azərbaycan millisi Çexiya və Latviya ilə neçə dəfə qarşılaşıb? - STATİSTİKA

12:30

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

11:55

"Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissədə meydana çıxmayın"

11:37

Elvin Cəfərquliyev "Qarabağ"a döndü, Azərbaycanı tərk etdi - VİDEO

11:16

AFFA rəsmisi Avropa çempionatının finalına təyinat aldı

10:52

Marselo Byelsa Kabo Verde yığması ilə heç-heçə etdikləri oyundan nə danışdı?

10:09

Belçika millisinin baş məşqçisi İranı məğlub edə bilməmələrinin səbəbini açıqladı

09:48

DÇ-2026: Dünya çempionu növbəti matçına çıxır

09:25

Misirdən tarixi nəticə: "Fironlar" bunu 100 ildən çoxdur arzulayırdı

09:00

Niderland nəhəngi ispaniyalı məşqçisini qovdu

08:00

DÇ-2026: Misirdən əzmkar qələbə, Uruqvay debütantla bacarmadı

02:51

Yamal ərəblərə elə bir cavab verdi ki...

02:22

Əlireza Belçika ilə oyunun ən yaxşısı seçildi

01:52

"Qalatasaray"ın ulduzu "Neftçi"yə keçir?

01:02

DÇ-2026: İspaniya darmadağına sevindi, Belçika - İran matçında "quru sülh"

21 İyun 2026
23:37

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı bilindi

22:41

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

22:13

İngiltərədə 40 milyonluq qapıçı yarışı

21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

Facebookdan bizi izləməyi unutmayın.
X