14:52 11.03.2026 409

İliçli "Sumqayıt" strategiyasını dəyişməyib - Serbdə problem axtarmağa dəyərmi?

Mövsümə serbiyalı mütəxəssis Saşa İliçin rəhbərliyi altında inamla başlayan "Sumqayıt" hazırda 32 xalla Misli Premyer Liqasının (MPL) turnir cədvəlinin 6-cı pilləsində mövqe tutub. Əlbəttə, hələ yayda futbol ictimaiyyətinin istənilən obyektiv nümayəndəsi məhdud büdcə ilə fəaliyyət göstərən "kimyaçılar"ın mart ayında ən yaxşı halda, turnir cədvəlinin ortalarında mövqe tutacağını və ya çempionata rəng qatacağını ehtimal edərdi. Yəni "Qarabağ"ın, "Sabah"ın, "Turan Tovuz"un, "Neftçi"nin, "Zirə"nin, "Araz-Naxçıvan"ın mübarizə apardığı ölkə birinciliyində "gənclik şəhəri" təmsilçisinin fırtına qoparacağını, mütləq avrokuboklara vəsiqə qazanacağını yalnız ən romantik fanatlar proqnozlaşdırardı. Başqa sözlə, büdcə faktoru fonunda mövcud mənzərə tam məntiqəuyğundur.

İliç zəif məşqçiyə oxşamır

Hələ futbol oynadığı dönəmdə azərbaycanlı azarkeşlərin "Qalatasaray"dan tanıdığı İliç "Sumqayıt"da yetərincə uğurlu fəaliyyətlə diqqət çəkir. İlk 3 tura 7 xal toplayan, hətta 2-ci turda ölkənin ən güclüsü "Qarabağ"ın UEFA Çempionlar Liqasında enerji xərcləməsindən faydalanaraq bu rəqib üzərində qələbə qazanan "kimyaçılar"ı son nəticələrə görə qınamaq absurddur. Əlbəttə, futbolda bəxt amili də şərtdir. Zədələrdən, cəzlardan heç bir komanda formalaşmayıb. Son turlardakı nəticələri saf-çürük etsək, ciddi itkilər üzərində dayanmalı, ehtiyat qüvvənin kasad olduğunu qabartmalıyıq. 19-23-cü turlarda keçirilən 5 matçda əldə edilən 2 xala başqa izah vermək çətindir. 22-ci tur çərçivəsində Yevlaxda baş tutan qarşılaşmanı - "Kəpəz"dən alınan 0:3 hesablı yenilgini belə, əldə bayraq etmək mübahisəli məsələdir. Həmin görüşdə Nikola Ninkoviçin qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması yekun nəticəni müəyyənləşdirən əsas məqam qismində dəyərləndirilməlidir. İliçin rəhbərlik etdiyi kollektivin son turda autsayder "Karvan Yevlax"la 1:1 hesablı bərabərliyə razılaşmasına gəlincə, 4 ciddi itki ilə autsayderə səfərdə xal vermək başadüşüləndir. Aleksandr Ramalinqomun 3 oyunluq cəzalandırılmasının "Sumqayıt"ın çıxışına bu dərəcədə təsir etməsi anlaşılan reallıqdırsa, Roi Kehartın ağır zədədən sonra əməliyyat olunması da unudulmamalıdır. Gerçəklik budur ki, heyətin kasadlığı İliçin daha artığını etməsinə, nəyə qadir olduğunu tam şəkildə ortaya qoymasına problem yaradır. Şübhəsiz, klub prezidenti Riad Rəfiyev də nəyin necə olduğunun fərqindədir və özü də başa düşür ki, yüksək hədəflər uğrunda mübarizə aparmaq üçün daha çox pula və oyunçuya ehtiyac var. 

Klub strategiyasını dəyişib?

"Karvan-Yevlax"la səfər oyununun (1:1) ardından sözügedən mütəxəssisin strategiya barədə dedikləri də diqqətdən yayına bilməz. Media mənsubları önündə yerlilərə şans verməsini rəhbərliyin istəyi və klubun mövqeyi olduğunu dilə gətirən İliçin sözlərinə rəsmi münasibət öyrənməyi uyğun saydıq. Klubun açıqlaması ilə tanış olun: 

"Sumqayıt" Futbol Klubunun strategiyası həmişə Azərbaycan futbolunun inkişafı üçün yerli oyunçulara, akademiyamızın yetirmələrinə şans vermək, həmçinin bu futbolçularla birlikdə legionerlərin də harmoniyasını yaradaraq mümkün qədər yaxşı nəticələr qazanmaq, ölkəmizi beynəlxalq arenada təmsil etməkdir. 

Bu səbəbdən gənc yerli və ya əcnəbi oyunçuların oynadılması hansısa xüsusi strategiya dəyişikliyi yox, konyekturanın və komandanın hazırkı durumunun (zədəli, cəzalı oyunçular, həmçinin bəzi futbolçuların idman formasında olmamaları) gətirdiyi zərurətdir".

İliçdən yaxşışı çoxdur, amma...

Əlbəttə, İliçdən daha təcrübəli, ciddi nəticələrə imza atmış mütəxəssislər çoxdur. Lakin maliyyə şərtləri belə əcnəbilərdən birinə dəvət göndərməyə imkan vermir. Serbin "Sumqayıt"ın "sükanı arxası"na gətirlməsi yetərincə maraqlı və uğurlu təyinatdır. Gerisinin necə olacağına isə mayda rəhbərlik qərar verəcək. Yerlilərə gəlincə, hazırda işsiz olan mütəxəssislərdən İliçin etdiyindən daha artığını bacaracaq biri yoxdur. "Sumqayıt"ı iki dəfə yarıyolda qoyub "Neftçi"nin çağırışına səs verən Samir Abasovu rəhbərliyin geri qaytarmaq ehtimalı belə desək, sıfırın altındadır. Şübhəsiz, bu baş versə, klubdakı əsas söz sahibi qınaq obyektinə çevrilər. Futbol azarkeşlər üçün oynanılırsa, Abasovun yenidən "bənövşəyi-ağlar"ın baş məşqçi postunu tutmasını bu idman növünün yazılmamış qanunlarını qəbul edən heç bir tərəfdar da istəməz. Görünən budur ki, qarşısına avrokuboklara vəsiqə tələbi qoyulmayan əcnəbi çalışdırıcı öz işini davam etdirməli, rəhbərlik isə artıq 3 oyunluq cəza müddətini başa vuran, növbəti turda iş başında olacaq Ramalinqom kimi faydalı legionerlərin sayının artırılmasına çalışmalıdır. Əlbəttə ki, gələcək üçün. Serbiya millisinin sabiq yarımmüdafiəçisi cari "futbol ili"ndə yaxından tanış olduğu Premyer Liqada gələn mövsüm özünün qurduğu komanda ilə daha parlaq performans sərgiləyə, eyni zamanda yerlilərin üzə çıxmasına yardımçı ola bilər. 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X