
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutacaq.
Bu gün meydana çıxacaq komandaların ötən həftəki görüşlərində qeydə alınan nəticələr intriqanın davam etməsinə şərait yaradır. "Portu", "Aston Villa", "Midtyullann" və "Genk" ilk görüşdə əldə etdiyi minimal üstünlüyü qorumağa çalışacaqsa, "Olimpik Lion", "Roma" və "Frayburq" səfərdə müqavimətini qıra bilmədiyi rəqiblərini evdə məğlub etməyə çalışacaq.
Qeyd edək ki, ötən gün Macarıstan "Ferentsvaroş"unu 4:0 hesabı ilə üstələyən "Braqa" adını 1/4-ə yazdırıb.
Avropa Liqasında 1/4 final mərhələsinin görüşləri 9 və 16 aprel tarixlərində keçiriləcək.
UEFA Avropa Liqası
1/8 final, cavab oyunları
19 mart
21:45. "Midtyullann" (Danimarka) – "Nottingem Forest" (İngiltərə)
(İlk oyun - 1:0)
21:45. "Frayburq" (Almaniya) – "Genk" (Belçika)
(İlk oyun - 0:1)
21:45. "Olimpik Lion" (Fransa) – "Selta" (İspaniya)
(İlk oyun - 1:1)
00:00. "Roma" (İtaliya) – "Bolonya" (İtaliya)
(İlk oyun - 1:1)
00:00. "Aston Villa" (İngiltərə) – "Lill" (Fransa)
(İlk oyun - 1:0)
00:00. "Portu" (Portuqaliya) – "Ştutqart" (Almaniya)
(İlk oyun - 2:1)
00:00. "Betis" (İspaniya) – "Panatinaikos" (Yunanıstan)
(İlk oyun - 1:0)