
Almaniyanın "Leyptsiq"in klubunun 19 yaşlı vingeri Yan Diomande karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq yayıb.
Məlumata görə, "Liverpul" Fil Dişi Sahilindən olan futbolçunun xidmətində maraqlıdır. Mersisayd təmsilçisinin Diomandeni əsas yay transfer hədəfi olaraq müəyyənləşdirib. Onu Məhəmməd Salahın mümkün varisi kimi görən klub rəhbərliyi artıq oyunçunun nümayəndələri ilə danışıqlara başlayıblar. Lakin tərəflər hələlik yekun razılığa gələ bilməyiblər.
"Leypsiq" özü də oyunçu ilə ayrılmağa tələsmir: klub onun müqaviləsinə yenidən baxaraq maaşının artırılması variantını nəzərdən keçirir. Bundan əlavə, PSJ də əvvəllər Diomande ilə maraqlanırdı ki, bu da potensial transferi çətinləşdirə bilər.
Diomande ötən ilin yayından Bundesliqa komandasının uğurları üçün çalışır. Cari mövsüm afrikalı futbolçu "buğalar"ın forması ilə bütün turnirlərdə 32 matça çıxaraq 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Yanın transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.
Mirağa