
Bu gün Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, “Sabah” – “Qarabağ” duelində ikinci finalçının adına aydınlıq gələcək.
Çempionluq mübarizəsini də davam etdirən komandaların bugünkü görüşündə üstün olan tərəf həlledici oyunda "Zirə"yə rəqib olacaq.
Masazırda keçiriləcək cavab oyununu Rəvan Həmzəzadə idarə edəcək.
Xatırladaq ki, tərəflər arasında ilk oyunda qalib müəyyənləşməyib.
Azərbaycan Kubokunun finalı 13 mayda "Neftçi"yə məxsus “Palms Sports Arena”keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/2 final, cavab oyunu
22 aprel
20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu
VAR: Kamranbəy Rəhimov, Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Masazır. “Bank Respublika Arena”.