
Artıq 21 komanda 2026/2027 Çempionlar Liqası mövsümünün əsas mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, son belə iştirakçı ötən axşam azarkeşlərini "Liverpul" üzərində 4:2 hesablı qələbə ilə sevindirən "Aston Villa" olub.
Nəticədə Unai Emerinin komandası Premyer Liqada ilk "dördlük"də yer alıb ki, bu da növbəti mövsüm ÇL-ə vəsiqə deməkdir.
Növbəti mövsüm ÇL-in Liqa mərhələsində iştirak edəcək 21 komandanın adına nəzər salaq:
İngiltərə: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa".
İtaliya: "İnter".
İspaniya: "Barselona", "Real Madrid", "Vilyarreal", "Atletiko Madrid", "Real Betis".
Almaniya: "Bayern Münhen", "Borussiya Dortmund", "Leypsiq".
Fransa: PSJ, "Lans".
Niderland: PSV, "Feyenoord".
Portuqaliya: "Portu".
Çexiya: "Slaviya Praqa".
Türkiyə: "Qalatasaray".
Ukrayna: "Şaxtyor Donetsk".
Çempionlar Liqasının finalında 36 komanda mübarizə aparacaq. Bu yerlərdən yeddisinə təsnifat mərhələsi vasitəsilə vəsiqə veriləcək.