
Bolqarıstan çempionatında 35-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv Plovdiv “Lokomotiv”ini qəbul edib. Oyun “Arda”nın 4:0 hesablı qələbəsi ilə bitib.
Cəlal da bu matçın iştirakçısı olub. Start "11-lik"də yer alan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 48-ci dəqiqədə sarı vərəqə alıb, 52-ci dəqiqədə isə komandasının son qoluna imza atıb.
Hazırda 51 xalı olan “Arda” turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub.
Toğrul