
"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş Səudiyyə Ərəbistanı klubundan aldığı 200 milyon avroluq müqavilə təklifdən imtina etməsi barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "The Diary of a CEO" podkastında belə deyib:
"Şəhərimin tarixində ən varlı adam olmaqdansa, arzularımı həyata keçirmək və bu dəyəri övladlarıma ötürmək istəyirəm.
Qulaq asın, həyat yoldaşım... Hə, 17 yaşım olanda xanımım mənimlə birlikdə xəyalımı həyata keçirmək qərarına gəldi. Həmin vaxt onun 16 yaşı var idi. 17 yaşımda İtaliyaya köçdüm. Ayda 1700 avro qazanırdım. Çox qeyri-müəyyənlik var idi. Heç nəyə zəmanət verilməyib. Həyat yoldaşımın öz həyatı, öz arzuları var idi, lakin mənə kömək edəcəyini dedi və belə də etdi.
Bu gün iki gözəl övladımız, möhtəşəm bir ailəmiz var".
Toğrul