
"Liverpul"un canlı əfsanəsi, şotlandiyalı mütəxəssis Kenni Dalqliş ağır xəsətliklə mübarizə aparır.
Fanat.Az xəbər verir ki, 75 yaşlı sabiq çalışdırıcıya xərçəngdən müalicə alır.
Mütəxəssis bunu gizli saxlamağa çalışsa da, səhvən sosial şəbəkə hesablarında paylaşım edib və bundan sonra "Liverpul" da mövcud vəziyyəti açıqlayıb.
Dalqliş bu barədə BBC-yə danışıb: "İndi xərçəngdən müalicə alıram. Mobil telefondan düzgün istifadə edə bilməsəm də, müalicəm düzgün gedir. Bunun gizli qalması ideal olardı, ancaq mənim müasir texnikalardan istifadə məharətim hər şeyi üzə çıxardı. Belə olmasını istəməzdim. Ailəmə və mənim şəxsi həyatıma sayğı duyulsa, minnətdar olaram".
Nihat