
1-ci Liqada mövsümün sonuna 1 tur qalmış çempionluğu rəsmiləşdirən və elitaya yüksələn "Şəfa"nın rəhbərliyi komandanın əsas futbolçularından olan Emin Zamanovla bağlı qərarını qətiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı orta xətt oyunçusu Bakı təmsilçisində qalmayacaq.
Onun müddəti başa çatan müqaviləsinin yenilənməyəcəyi dəqiqləşib.
Emin geridə qalan mövsümdə 11 qolla yadda qalıb. O, Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə "Qəbələ"yə uduzduqları matçda (1:2) da komandasının yeganə qolunun müəllifi olub.
Nihat