
İspaniya nəhəngi "Real Madrid" gələn mövsüm La Liqa və Çempionlar Liqasındakı hegemonluğunu qorumaq üçün müdafiə xəttində köklü dəyişikliklərə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Alberto Pereiro məlumat yayıb.
Madrid klubu "Mançester Siti"nin ulduz müdafiəçisi Yoşko Qvardiolu əsas transfer hədəfi statusuna gətirib.
Bununla yanaşı, bir çox mənbələr "kral klubu"nun Denzel Dumfris və İbrahima Konate transferlərini də bitirməyə çox yaxın olduğunu iddia edir.