22:39 03.06.2026 520

Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

Bakıda 3 İyun – Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir velosiped nəqliyyatının təşviqi, sağlam həyat tərzinin təbliği və ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədi daşıyıb.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan veloyürüşdə iştirak edən peşəkar və həvəskar velosipedçilər Dənizkənarı Bulvar ərazisi ilə hərəkət ediblər.

Tədbir çərçivəsində iştirakçılar Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən dünya ölkələrinin milli federasiyalarına göndərilmiş təbliğat xarakterli materiallar və məlumatlandırıcı məhsullarla da tanış olublar. Bu təşəbbüs velosiped idmanının və gündəlik nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin üstünlükləri barədə ictimai məlumatlılığın artırılmasına xidmət edib.

Veloyürüş zamanı velosipedin ekoloji cəhətdən təmiz, əlçatan və dayanıqlı nəqliyyat vasitəsi olduğu bir daha vurğulanıb. Tədbir iştirakçıları şəhər mühitində velosiped infrastrukturunun inkişafının vacibliyini qeyd edərək, bu nəqliyyat növünün həm ətraf mühitin qorunmasına, həm də vətəndaşların sağlam həyat tərzinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2018-ci ilin aprelində qəbul etdiyi Qətnamə ilə 3 iyun tarixini Ümumdünya Velosiped Günü elan edib. Bu gün dünyanın müxtəlif ölkələrində velosiped mədəniyyətinin təşviqi, yol hərəkəti təhlükəsizliyinin artırılması və dayanıqlı nəqliyyat həllərinin dəstəklənməsi məqsədilə müxtəlif tədbirlərlə qeyd olunur.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2026
00:41

Joze Mourinyunun "Real Madrid"dəki "toxunulmazları" bilindi

05 İyul 2026
23:58

Toral Bayramovun ilk sınağı Arda Turanın komandasına qarşı olacaq?

23:07

Azərbaycan idmançıları beynəlxalq turnirdə medal qazanıblar

22:44

Azərbaycanın basketbol millisi İrlandiyaya məğlub oldu

22:12

"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vuruldu

21:49

Ueyn Runi və Maykl Kerrikin oğulları "Mançester Yunayted"ə qoşuldu

21:14

"Fənərbağça" gənc istedadla gücləndi

20:47

Trek yığmamız Avropa çempionatında iştirak edəcək

20:16

DÇ-2026: Meksika İngiltərə ilə üz-üzə

19:44

"Nyukasl" Bruno Qimaraeşlə yollarını ayırmayacaq

19:18

"Yuventus" futbolçuları üçün qiymət müəyyənləşdirib

18:33

Cebrail Makreçkis “Qarabağ”da - RƏSMİ

18:09

"Zirə" heyətini gücləndirdi

17:49

"Kəpəz"in daha bir rəqibi bilindi

17:41

İngiltərə-Meksika oyununa yüksək təhlükəsizlik tədbirləri

17:10

Mexikoda iğtişaş - Polis azarkeşlərlərə dronlarla hücum etdi

16:50

Braziliya millisinin sabiq üzvü karyerasını bu klubda davam etdirəcək - RƏSMİ

16:17

"Penalti olmasaydı, Fransa üstünlük əldə edə bilməzdi"

15:39

Tezliklə Kloppun təyinatı elan olunacaq - Fabritsio Romano açıqladı

15:08

"Real Madrid" yeni ulduzunun transferini rəsmən açıqladı

14:43

Mingəçevirdə yeni güləş zalı istifadəyə verilib

14:22

Mərakeş qitəsinin "cığıraçan"ı oldu

13:56

Qranit Caka London nəhənginə keçməkdən son anda imtina etdi

13:17

Yusubov Avropa Kubokunun finalında uduzdu

12:59

Azərbaycan idmançıları final mərhələsinə yüksəldilər

12:40

Braziliya millisinin baş məşqçisi Norveçdən çəkinir - "Yaponiya ilə çətin oyundan sonra..."

12:24

Didye Deşam Paraqvay ilə oyundan nə danışdı?

11:59

Azərbaycan millisi qrupda son oyununa çıxır

11:26

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:00

Mbappe mundial tarixində heç kimin bacarmadığını etdi - Rekord

10:28

Günün oyunları bu kanallarda - AFİŞA

10:04

DÇ-2026: Braziliya millisi Holandlı Norveçi yenə biləcək?

09:32

Fransa - Paraqvay oyununun ən yaxşısı bilindi - Bu, komandasına qələbə qazandıran Mbappe deyil

09:00

DÇ-2026: İlk 1/4 final cütü bilindi

03:05

DÇ-2026: Fransa seçməsinə 1 qol bəs etdi

00:52

Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu bilindi

04 İyul 2026
23:39

"Arsenal" və "Mançester Siti" Entso Fernandesin transferində israrlıdır

23:03

DÇ-2026: İlk 1/4 finalçı müəyyənləşdi

22:48

"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəldi

22:09

DÇ-2026: Fransa yığması Paraqvayı sınağa çəkir

Facebookdan bizi izləməyi unutmayın.
X