
Hazırda davam edən DÇ-2026-da ilk 1/4 final cütü müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarımfinala gedən yolda Meksika və Fransa seçmələri üz-üzə gələcəklər.
Afrikalılar 1/8-də Kanadanı 3:0 hesabı ilə məğlub edərək bu mərhələni keçən ilk milli olub. Fransa isə Paraqvayı 1:0 hesabı ilə məğlub edərək 1/4-ə yüksəlib.
Dörddəbir finalda Mərakeş iyulun 10-da Fransa ilə qarşılaşacaq.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada keçirilən, 11 iyunda start götürən mundiala ayın 19-da yekun vurulacaq. Hazırkı dünya çempionu 2022-ci ildə finalda Fransanı məğlub edən Argentinadır.
Mirağa