
FİFA Paraqvay və Fransa arasında keçirilən matçın ən yaxşı oyunçusunu elan edib.
Fanat.Az xəbər verir ki, bu, görüşdə yeganə qolun müəllifi Kilian Mbappe deyil.
Cənubi Amerika təmsilçisinin qapıçı Orlando Gili Fransanın Paraqvayı 1:0 hesabı ilə məğlub etdiyi oyunun ən yaxşısı olub. Oyunun yeganə qolunu 70-ci dəqiqədə penaltidən vuran Fransa millisinin hücumçusu Kilian Mbappe fərdi mükafat almayıb.
Didye Deşamın yetirmələri 1/4 finalda Kanadanı 3:0 hesabı ilə məğlub edən Mərakeşlə qarşılaşacaqlar.
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.
Mirağa