"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 2013/2014 mövsümü üçün hazırlıq mərhələsinin ikinci mərhələsinə başlayıb. Gürcüstanın Batumi şəhərində yerləşən "Arqo" otelində məskunlaşan komanda hazırlığını davam etdirir. Aqil Məmmədovun yetirmələri səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb. Artıq Pərdis Fərcad-Azad da komanda ilə birlikdə hazırlaşır. Zədəli olan adıçəkilən futbolçu hələki fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, Hərbçilər arasında 1-ci Dünya Futbol Kubokunda iştirak edən Anar Nəzirov və Nurlan Növruzov isə komandaya sabah qoşulacaqlar.
İdman24.az