
"Monako" Fransa Liqa 1-də X tura start verilib. Fanat.az хəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Monako" Lion "Olimpik"ini qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 39-cu dəqiqədə "Monako"dan Mario Pasaliç açıb. 65-ci dəqiqədə knyazlıq klubundan Vallake qırmızı vərəqə alıb. Say üstünlüyündən yararlanan "Olimpik" 84-cü dəqiqədə Rafaelin qolu ilə bərabərliyi təmin edib.
Qeyd edək ki, "Monako" 10 turdan sonra 14 хalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Qarabağ" oktyabrın 22-də bu komandanın qonağı olacaq.
Fanat.az