
Samir Abbasov "Sumqayıt"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi bunları deyib:
“Çətin olacağını bilirdik. “Qarabağ”a qarşı oynamaq çox çətindi. “İnter”lə oyundan sonra demişdim ki, biz rəqibi düşünmürük. Bu sözlərim rəqibi kiçiltmək üçün deyil. Sadəcə, öz çıxışımızı fikirləşirik. İstədiyimiz oyuna doğru bir addım atdıq. Məncə, “Qarabağ” bizə qarşı həvəssiz oynamadı. “Qarabağ” fəxrimizdi. Oyuna görə onlara da təşəkkür edirəm”.
Fanat.az