Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Artıq sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb.
Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.
Fanat.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 59, 66, 98 və 130 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulur.
59 kq
1/16 final: Taleh Məmmədov - Virgil Munteanu (Rumıniya) 6:2
1/8 final: Taleh Məmmədov - Soslan Daurov (Belarus) 5:0 (tuşe)
1/4 final: Dmitro Tsimbalyuk (Ukrayna) - Taleh Məmmədov 2*:2
66 kq
1/8 final: Kamran Məmmədov - Carl Anders Poul Ekstroem (Danimarka) 8:0
1/4 final: Kamran Məmmədov - Davor Stefanek (Serbiya) 0:9
Təsəlliverici görüş: Kriştian Jager (Macarıstan) - Kamran Məmmədov
98 kq
1/8 final: Aleksandrs Safonovs (Latviya) - Orxan Nuriyev 0:7
1/4 final: Peter Oehler (Almaniya) - Orxan Nuriyev 2:3
1/2 final: Orxan Nuriyev - Nikita Melnikov (Rusiya)
130 kq
1/16 final: Aleksandr Çernetski (Ukrayna) - Sabah Şəriəti 4:0
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol