Brüsseldəki terror aktları Avropada qorxuya səbəb olub. Baş verənlər insanların gündəlik həyatı ilə yanaşı, futbola da ciddi şəkildə təsir edib.
Hökumət rəsmiləri onminlərlə insanın toplaşdığı oyunlar zamanı teraktların törədilməsindən narahatdı. Buna görə təhlükəsizlik tədbirləri gücləndirilir.
İngiltərə mətbuatının məlumatına görə, Avropada oynanılacaq 3 matçla bağlı ciddi narahatlıqlar var. Sabah Amsterdamda oynanılacaq Hollandiya - Fransa, şənbə günü Berlində keçiriləcək Almaniya - İngiltərə və martın 29-da Parisdə baş tutacaq Fransa - Rusiya matçlarında terror ehtimalının yüksək olduğu bildirilir. Artıq yerli hökumətlər bu oyunlar üçün əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə qərar verib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol