Hakimlər Komitəsi Ramil Diniyevi iki gündə iki oyuna baş hakim kimi təyin edib. Fanat.az xəbər verir ki, referi əvvəlcə I divizionda, ardınca Premyer Liqada fit çalacaq.
O, aprelin 2-də I divizionun XX turunun mərkəzi qarşılaşmasını - "Neftçala" - "Qaradağ Lökbatan" matçını idarə edəcək. Bir gün sonra isə o, Premyer Liqanın XXVIII turunun "Xəzər Lənkəran" - "Qarabağ" matçında ədaləti qoruyacaq.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol