Türkiyə çempionu "Beşiktaş" Arda Turanı transfer etmək istəyir. Fanat.az xəbər verir ki, bu iddia ilə "Sabah" qəzeti çıxış edib.
Qəzet iddia edir ki, "Barselona"da sıxıntılı günlər keçirən Arda Turanın komandadan ayrılmaq ehtimalı var. Bu ehtimalı nəzərə alan "Beşiktaş" milli futbolçunu heyətinə qatmağa çalışır. Hətta "Qara Qartallar"ın bu məqsədlə futbolçunun meneceri Ahmet Bulutla əlaqə yaratdığı da deyilir.
Qeyd edək ki, ötən gün "Barselona"nın Arda Turanı sata biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. İddia olunurdu ki, Kataloniya klubu sərfəli təklif alacağı halda türk futbolçunun transferinə icazə verəcək.
Onu da qeyd edək ki, "Barselona" ötən il Ardanı "Atletiko"dan 35 milyon avroya transfer edib. Yanvardan oynamağa başlayan türk futbolçu Kataloniya klubunda 25 oyun keçirib və 2 qol vurub.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol