Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, Hakimlər Komitəsi "Qarabağ" - "Neftçi" matçını Fariz Yusifova tapşırıb.
Azərbaycan derbisində sabiq FIFA referisinə Yaşar Abbasovla Elman Musayev yardım edəcək. Dörüncü hakim funksiyasını Munis Abdullayev yerinə yetirəcək. FIFA referisi Rəhim Həsənovla Ömər Paşayev bu oyuna əlavə köməkçi hakim kimi təyinat alıb.
Matçın AFFA nümayəndəsi Elbrus Abbasov olacaq. Hakimlərin işinə isə hakim-inspektor Əli Hüseynov qiymət verəcək.
Qeyd edək ki, kubokun finalı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol