"Sabah bizi ilginc matç gözləyir. Heç-heçə olsa, hər iki komanda turniri tərk edə bilər. Onlar qazansa, 1/8 finala vəsiqəni təmin edə bilər. Biz qazansaq, şansımızı saxlayacağıq. Sabahkı oyun şahmat kimi oynana və qəribə hesablar ortaya çıxa bilər". Fanat.az xəbər verir ki, bu sözləri Çexiya ilə oyundan öncə mətbuat konfransı keçirən Fatih Terim deyib.
Baş məşqçinin mətbuat konfrasındakı çıxışının maraqlı məqamlarını təqdim edirik:
* Açığını deyim, mən xəyal dünyasında yaşamadığım üçün əvvəlcədən vəziyyətin qəlizliyinə işarə vurmuşdum, bu qrupdan çıxmağın böyük uğur olacağını demişdim. Həmçinin bu qrupun "ölüm qrupu" olduğunu demişdim.Bu ümidsiz olmağım anlamına gəlmir. Əvvəlcədən80-90 faiz 3 xal qazanacağımızı demişdim. Bu ssenarilərimizdən biri idi. Mümkün olduqca məqsədimiz 4 xal idi. Xorvatiya matçı düşünmədiyimiz kimi başa çatdı. Biz daha fərqli oyun düşünmüşdük. Sabah ssenarilərimizdən birini oynacağıq. Baxıq görək nə olur.
* Dünənki məşqdə bir az səssiz idim. Amma unutmayın ki, mən də insanam və mənim də duyğularım var. Bu oyunçularımla bağlı olan bir şey deyil. Avropa çempionatdan öncəki hazırlıq prosesində gözlədiyim, amma səviyyəsini təxmin etmədiyim olayların yaşanması doğrudu. Mənim kimi təcrübəli adam bəzi şeyləri gözləyər, amma səviyyəsini təxmin edə bilməz.
* Hələ böyüməyən, amma böyüdüyünü düşünən oyunçuların hasını üstündə əməyim var. Həyatlarında əməyim olub. Bu heyəti mən qurmuşam. Bunun cəzasını da ödəməyə hazıram. Keçmişdə bu bədəlləri ödəmişəm.
* Türkiyədə hər kəs rahat olsun. Amma bilin ki, heç kim bir yerə qaça bilməz. Kimsənin haqqı kimsədə qalmaz. Hər kəs buna əmin olsun. Açığını deyim, artıq "bütün bunları ailəmə yaşatmağa haqqım varmı" deyə özümə sual verirəm. Hər kəs kimi mənim üçün də ailəm çox dəyərlidi. Bu zamana qədər kimsəyə ailəmə toxunmağa icazə vermədim, bundan sonra da vermərəm.
* Həm televiziyadakı, həm də yazılı mətbuatdakı duyarlı insanlara göstərdikləri mövqeyə görə təşəkkür edirəm. Mən dəmirdən deyiləm. Zaman-zaman duyğularımı biruzə verirəm. Bəlkə də susqunluğumun səbəbi budu. Bu məşqi izləmədiyim anlamına gəlmir. Mən işimin başındayam. Qoy turnir bitsin, sonra oturub hər şeyi rahat gəlikdə danışarıq.
* Bu gün bir yazı oxudum. Yazır ki, Hakan Çalhanoğlu yanlış mövqedə oynayır. 46 ildir futbolun içərisindəyəm. mən bəzilərinə görə matah insan olmaya bilərəm, amma Türkiyədə bütün matah işləri mən etmişəm. Sayğı duyun.
* Mənim gülüb-oynadığımı kimsə görməyib. Həyatım boyu heç bir zaman özəl həyatımı işimə qarışdırmamışam. Oyunçular da məyus olduğumu bilməlidi, onlarda da üzülməlidi. Bundan daha insani reaksiya ola bilməz. Bəzən mesajları gülərək, bəzən də belə verirsiniz.
* Utanmalı olsan biri varsa, o mən deyiləm. Utunması vacib olanlar bu komandanın bu hala gəlməsinə səbəb olanlardı.
* TRT bu ölkənin, bu dövlətin televiziyası deyil?Bu komanda da bu ölkənindi. İdmanla bağlı olmayan birtarix proqramında bir tarix professoru haqqımızda şərh verir. Mənimlə və komanda ilə bağlı ağzına gələni danışır.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol