14:28 18.09.2013 761

Güc qaydalara qarşı - GÜNDƏM

Elnur Allahverdiyevin "Qəbələ"yə keçidi ilə bağlı yaranan problemlə bağlı məlumat vermişdik. Qaydalara görə, futbolçu "transfer pəncərəsi" bağlanana qədər azad agent statusu alıbsa, "pəncərə bağlanandan" sonra istənilən çempionatda istənilən kluba transfer oluna bilər. Elnurun isə durumu başqadı. O, bu mövsüm üçün "Xəzər Lənkəran" klubu tərəfindən sifariş olunub və 5 oyunda meydanda olub. Bu isə o deməkdi ki, Allahverdiyev Azərbaycan çempionatında ən azından qışa qədər "Xəzər Lənkəran"dan başqa klubda oynaya bilməz. Bu qaydalar beynəlxalq qaydalardı, PFL-in onları dəyişməsi və müdaxiləsi mümkünsüzdü.


İndi isə "Qəbələ" rəsmiləri və futbolçu fərqli iddia ilə çıxış edir. Guya Elnur "Xəzər Lənkəran"dan avqustun 31-ədək, yəni transfer pəncərəsi bağlanan günə qədər qovulub və transfer vərəqəsini də həmin vaxt alıb. Amma faktlar başqa şeyi deyir.


Çünki Allahverdiyev avqustun 31-də, saat 18.00-da başlayan "Qəbələ" - "Xəzər Lənkəran" oyununda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Həqiqətən futbolçu həmin vaxta qədər komandadan qovulmuşdusa, bu oyunda nə işi var idi? İkincisi, futbolçu sentyabr ayının əvvəlində yığmaya məhz "Xəzər Lənkəran"ın futbolçusu kimi çağırılıb və komandadan qovulması xəbərini də İsraildə eşidib.


Elnurun Lənkəran klubundan avqustun 31-dən sonra qovulması ilə bağlı kifayət qədər fakt var. Bu barədə ilk xəbəri klubdaxili mənbələrə istinadən anspress.com saytı sentyabrın 5-də yayıb: "DÇ-nın seçmə mərhələsi çərçivəsində səfərdə İsraillə qarşılacaq Azərbaycan millisinin düşərgəsinə olan Elnur Allahverdiyev "Qəbələ” - "Xəzər Lənkəran" oyunundan sonra cənub klubundan qovulub. ANS PRESS-in klubdakı daxili mənbələrdən aldığı məlumata görə, Elnur Allahverdiyevin qovulmasını "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak istəyib. Bu barədə rəsmi məlumatın sentyabrın 7-də keçirilən İsrail - Azərbaycan oyunundan sonra veriləcəyi bildirilir. Məlumata görə, Toşak Elnur Allahverdiyevin əvəzinə "Malaqa"nın sabiq futbolşusu Antonio Benitesin transfer etmək istəyir" (5 sentyab, saat 15.29).


Bundan bir qədər sonra Fanat.az-a açıqlama verən "Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu isə xəbəri təkzib edib: "Belə bir şey yoxdu. Qovulsaydı, məlumat verərdik. Elnur hazırda milli komandanın düşərgəsindədi" (5 sentyabr, saat 16.18).


Elə həmin gün apasport.az saytına danışan "Xəzər Lənkəran"ın rəisi Səməd Mustafayev də Allahverdiyev haqqında yayılan xəbərlərin düzgün olmadığını bildirib: "Hal-hazırda millinin heyətində İsraildə olan Elnur Allahverdiyev bizim futbolçudu. O, komandadan kənarlaşdırılmayıb. Bu məsələyə sabah məşqçi korpusu və rəhbərliklə görüşdən sonra aydınlıq gətiriləcək" (5 sentyabr, saat 17.18).


Bundan sonrakı günlərdə Elnurun komandadakı durumu barədə mətbuatın çoxsaylı suallarını cavablandıran Hüseyn Cəbrayıloğlu yekun qərarın yaxın günlərdə veriləcəyini söyləyib. Nəhayət, dünən "Xəzər Lənkəran" futbolçunun müqaviləsini pozub və transfer vərəqini verib. Qərarın məhz sentyabrın 17-də verilməsini Hüseyn Cəbrayıloğlu futbol11.az saytına açıqlamasında təsdiq edib: "Elnur Allahverdiyevlə komanda arasındakı müqavilə ləğv olunub. Elnura azad agent statusu verilib. Demək olar ki, bütün işlər yekunlaşıb. Çox kiçik detallar qalıb ki, bu da gün ərzində öz həllini tapacaq" (17 sentyab, saat 15.56).


Göründüyü kimi Azərbaycan futbolunda növbəti dəfə "çal-çağır" qurmağa başlayıblar. Mətbuat nə yazır-yazsın, istənilən halda, Elnur "Qəbələ"də oynayacaq. Çünki güc hər zaman qanunlardan üstün olub. Gücə sahib olanlar istənilən sənədi istənilən formada saxtalaşdırıb qanuniləşdirə bilər.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X