15:21 23.09.2013 687

"AFFA və PFL-ə müraciət edəcəyik"VİDEO

Azərbaycan çempionatında hakim səhvləri günü-gündən artmaqdadı. Fanat.az xəbər verir ki, VII turdan sonra narazılar siyahısına AZAL da qoşulub.

 

“Təyyarəçilər” “Xəzər Lənkəran”a məğlubiyyəti birbaşa Vüsal Əliyevin ayağına yazırlar və düşünürlər ki, FİFA referisi dünənki oyunu birtərəfli idarə edib və AZAL-ın məğlubiyyətində əsas rol oynayıb. Şüvəlan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov açıqlamasında konkret məqamlara toxunub: 


“Bəli, biz bu oyunda hakim idarəçiliyindən narazı qalmışıq. Artıq bununla bağlı AFFA və PFL-ə rəsmi şikayət məktubu ilə müraciət etməyə qərar vermişik. Bundan başqa, hakim səhvlərinin əks olunduğu epizodları da videoçarx şəklində hazırlayıb ictimaiyyətə də təqdim etmişik. Məşqçimiz Şakir Qəribov da həmin videogörüntülərlə AFFA-ya gedəcək və orda da birlikdə baxış keçiriləcək. Biz hesab edirik ki, Vüsal Əliyev bir çox epizodlarda AZAL-a qarşı qərəzli mövqe tutub. Sanki rəqibin futbolçularına loyal münasibət göstərirdi. Ancaq bizim futbolçulara ən adi qaydada da sarı vərəqə verirdi. Konkret epizodlara gəlincə, 45-ci dəqiqədə Oskar Klavaya qırmızı vərəqə göstərilən epizoddan əvvəl “Xəzər Lənkəran”In futbolçusu Tural Cəlilov bizim futbolçu Cavid Tağıyevi əllə saxlasa da hakim bu qayda pozuntusuna göz yumdu. İkincisi, qapımıza vurulan ikinci qol oyundankənar vəziyyətdən vuruldu. Bundan başqa, Nildo iki epizodda qaydanı pozsa da yenə hakim onu cəzasız qoydu. Konkret olaraq, braziliyalı simulyasiya edir, amma hakim ona vərəqə göstərmir. Elə həmin Nildo oyunun 85-ci dəqiqəsində fitdən sonra topa zərbə vursa da yenə cəzasız qalır. Halbuki eyni epizodda bizim futbolçumzu Aleksanr Şemonayevə sarı vərəqə göstərir. Bütün bunlara görə, belə qənaətə gəlirik ki, Vüsal Əliyev verdiyi qərarlarda bizə qarşı ədalətsiz olub. Biz də təqdim etdiyimiz məktubda AFFA və PFL-dən xahiş edirik ki, Vüsal Əliyevin idarəçiliyi araşdırılsın və həqiqətən də səhvləri olubsa, cəzalandırılsın”.

 

Sonda AZAL-ın konkret narazı qaldığı epizodların stenoqrammasını və videosunu sizə təqdim edirik: 

1-ci epizod – 26-cı dəqiqə - “Xəzər-Lənkəran”ın futbolçusu Elnur Abdullayev kobud oynasa da, ona sarı vərəqə verilmir.

2-ci epizod – 44-cü dəqiqə - “Xəzər-Lənkəran”ın futbolçusu Zohair Benouahi və Rahid Əmirquliyev AZAL PFK-nın futbolçusu Vladimir Boqdanoviçə qarşı kobud oynayırlar.

3-cü epizod – 45+1-ci dəqiqə - AZAL PFK-nın futbolçusu Cavid Tağıyev “Xəzər-Lənkəran”ın futbolçusu Tural Cəlilov tərəfindən əllə saxlanılır. Amma hakim buna reaksiya vermir. Hücumun davamında isə AZAL PFK-nın futbolçusu Oskars Klavaya sonuncu ümid foluna görə qırmızı vərəqə verilir.

4-cü epizod – 68-ci dəqiqə - Oyundankənar vəziyyət olsa da, hakim AZAL PFK-nın qapısına vurulan qolu qeydə alır.

5-ci epizod – 74 və 86-cı dəqiqələrdə “Xəzər-Lənkəran”ın oyunçusu Junior Franko Nildo qaydaları pozsa da, ona hər iki epizodda sarı vərəqə verilmir.

6-cı epizod – 89-cü dəqiqə “Xəzər-Lənkəran”ın oyunçusu Elnur Abdullayevə sarı vərəqə verilir. Halbuki 26-cı dəqiqədə ona sarı verilməliydi və son epizoda görə o meydançadan qovula bilərdi.



Rekord.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X