"Kəpəz" ciddi itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Şahin Diniyev Şəhriyar Əliyevin xidmətindən məhrum olub.
Belə ki, 24 yaşlı müdafiəçi cəzalı duruma düşüb. "Zirə" ilə oyunun 82-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Şəhriyar vərəqə limitini doldurub. Mövsümün 4-cü "sarı"sını alan müdafiəçi IX turda "Neftçi"yə qarşı oynamayacaq.
Qeyd edək ki, "Zirə" ilə hər iki oyunda sarı vərəqə alan Şəhriyar "İnter" və "Qarabağ"la matçlarda da cəzalınıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol