10:42 18.10.2017 2040

Sabah millimizdə Prosineçki dönəmi bitəcək

"Mövsümün əvvəllində Robert Prosineçki "Bursaspor"la 1,5 milyon avro qarşılığında 2 illik anlaşma əldə etmişdi. O vaxt Azərbaycan federasiyası onu buraxmadı. Prosineçki özü istəsəydi ayrılardı. Amma heç zaman pis vəziyyətdə ayrılmaq istəməyib və buna görə "yox" dedi. İndi müqaviləsi başa çatır. Sabah Bakıya gedəcək və yığmadan ayrılacaq. Milli komandada çalışmaq istəmir, işlərini qaydasına qoyub Azərbaycanı tərk edəcək".

Fanat.Az xəbər verir ki, bu sözləri "Kayserispor"da Robert Prosineçkinin köməkçisi olmuş Alp Çağlar deyib. O, bildirib ki, "Trabzonspor" rəhbərliyi xorvat mütəxəssisi əsəbləşdirib: "İki gün əvvəl İngiltərədə olan "Trabzonspor"un baş məşqçisi Muharrem Usta Prosineçki üçün hərəkətə keçib. Prezident İngiltərədə olan AFFA rəsmirləri vasitəsi ilə onunla əlaqə saxlayıb. Prosineçkiyə "Çərşənbə günü gəl, cümə axşamı komandanı məşqə çıxart" deyiblər. Prosineçki də "Mən tələsik iş görmürəm. Üz-üzə görüşməliyik. Bunlar telefonla danışılacaq məsələlər deyil. Daha sonra bir çox menecer vasitəsi ilə onunla danışıblar".

Alp Çağlar bildirib ki, Prosineçkini razı salmaq üçün ona da müraciət ediblər: "Məndən onu razı salmağı istədilər. Mən də zəng edib yanlış anlaşılma olduğunu dedim və razı saldım. Prosineçki mənə "Bunlar peşəkar deyillər, həvəskar səviyyəsində davranırlar. Telefonda nə danışıqlar aparmaq, nə də pul danışmaq olar. Mənə zaman versələr, işlərimi həll edib, ətraflı danışarıq" dedi. "Trabzonspor" cəhbəsinə bunları çatdırdım. Onlar da "Zaman veririk" cavabını verdilər. Cümə axşamına qədər zaman verildi. Azərbaycanda işlərini həll edəcək, ailəvi məsələlərini yoluna qoyacaq. Hazırda Azərbaycanda görüşmək üçün onları gözləyir".

Alp Çağlar "Trabzonspor"un Rza Çalımbayla danışıqlar aparmasından da danışıb: "Fikrimcə, bu anlaşma olmayacaq. Rza Çalımbayın bundan əvvəlki klublarda əcnəbilərlə problemləri olub. "Trabzonspor"da 14 legioner var. "Trabzonspor"böyük bir səhv etmək üzrədi. Prosineçki 3 əcnəbi dil bilir: ispan, ingilis, alman. Futbolçularla rahatlıqla anlaşa bilir".

"Trabzonspor"un bəzi rəsmilərinin Prosineçkini istəmədiyini bildirən Alp Çağlar "Bununla bağlı məlumatlar gəlir. Fikrimcə, Hüseyn Cimşiri baş məşqçi qoymaq istəyirlər. Amma Muharrem Usta Prosineçkini istəyir. Hətta yanına iki trabzonlu məşqçi qoymaq fikrindədi. Prosineçki də bizə razılıq verdi. Onun komandasında da iki məşqçi var. İki xorvat və mən" deyib.

Türk məşqçi Prosineçkiyə 5 təklifin olduğunu bildirib: "Xorvatiya daxıl olmaqla 5 milli komanda onu istəyir. Amma özü milli komandada işləmək istəmir. Baxın, "Kayserispor"dan təzminat almadan ayrıldı. Bunları problem edən insan deyil".

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

Facebookdan bizi izləməyi unutmayın.
X