Bu gün Bakı vaxtıyla 23:45-də Azərbaycan çempionu "Qarabağ”ı qəbul edəcək "Atletiko”nun iştirak ərizəsi məlumdu.
Fanat.Az xəbər verir ki, "hindular" Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq görüşdə 3 zədəli futbolçunun - Koke, Verner və Karraskonun xidmətindən yararlana bilməyəcək. Baş məşqçi Dieqo Simeonenin hazırladığı 19 nəfərlik siyahıda Bakıdakı görüşdə (0:0) meydana çıxan Kevin Qameyronun da adı yoxdu. O, son vaxtlar üzərinə düşən işin öhdəsindən lazımınca gəlmədiyi üçün ÇL matçını kənardan izləyəcək.
Qapıçılar: 1. Migel Anxel Moya, 13. Yan Oblak
Müdafiəçilər: 2. Dieqo Qodin, 3. Filipe Luis, 15. Stefan Saviç, 16. Şimo Vrsaliko, 19. Lukas Hernandez, 20. Xuanfran, 24. Xose Mariya Ximenes
Yarımmüdafiəçilər: 5. Tomas Parte, 8. Saul Niges, 12. Avqusto Fernandez, 22. Nikolas Qaytan, 14. Qabi
Hücumçular: 7. Antuan Qrizman, 9. Fernando Torres, 11. Anxel Korrea, 17. Lusiano Vietto
Fanat.Az