14:50 16.11.2017 3042

Tüpürcək

Nihat Ağasoy

Almaniyadan alınan 0:7 hesablı məğlubiyyətin ardından U-21-in Kosovonu yenə biləcəyini mən də güman edirdim. Yeni müstəqillik qazanmış ölkənin Bakıda "sürünməyəcəyinə” əmin olsam da, münasib rəqibə qalib gəlməyin real hədəf olduğunu düşünürdüm. Əlbəttə, bu oyuna qədər yer aldığı qrupda 2 qələbə qazanan komanda asan "yem” olmadığını isbatlamışdı. Söhbət topun, futbolun nə demək olduğunu anlayan sabiq Yuqoslaviyanın ərazisindən gedirsə, əlavə şərhə də ehtiyac qalmır.

Oyunun sonlarında iki "qırmızı” alan yığmamız böyük çətinliklə 1 xal qazanmağı bacardı. Qol vurmadan, sərgilədiyi futbolla daha artığına ümid etməyə imkan vermədən. Oyundan sonra düzənlənən ənənəvi mətbuat konfransında baş məşqçi Samir Ələkbərovun səmimi və acizanə açıqlamaları isə çoxlarının ürəyinin başına od saldı. Son günlər oynadığı futbolla yox, milli üzvünə yaraşmayan davranışlarıyla gündəmdən düşməyən Elnur Cəfərovun hərəkətlərindən xəbərsiz olduğunu bildirən çalışdırıcı "vaxtında xəbər tutsaydım, onu bazadan qovardım” söyləməklə özünü çətin vəziyyətə saldı. "Mən kənardan nə qədər göstəriş versəm də, futbolçular meydanda öz bildiklərini edirdilər. Azərbaycanca da demişəm, rusca da... Xeyri yoxdu” etirafı isə həm konfrans zalına toplaşanları, həm də orda dilə gətirilən bu cümlələri jurnalistlərin hesabına qəzetlərdən, saytlardan oxumaq şansı qazananları mat qoydu. Köməkçilərinin - Aslan Kərimovla Cahangir Həsənzadənin Ələkbərovun işinə niyə müdaxilə etdiyini incələmək isə başqa yazı mövzusudu.
Uğur güzgüdən başlayır. Arada güzgüdə özünə baxıb "mən kiməm və bu həyatdan nə istəyirəm” sualına cavab axtarmayan, yeri gəlsə, öz gözlərinin içinə tüpürməyi bacarmayan insanın uğur qazanmaq, cəmiyyətə faydalı olmaq ehtimalı çox azdı. Əminəm ki, U-21-in heyətinə cəlb edilən gənclərin 90 faizi heç vaxt özünə, öz üzünə, öz gözünə tüpürməyib. Tüpürmüş olsaydılar, milli formaya sayğı duyar, çiyinlərinə düşən yükün məsuliyyətini anlayardılar və toplum bu uşaqlardan qurulmuş komandaya tüpürməzdi. 

Təbii, idmançıdan müəllim, həkim, alim intellekti ummaq da utopik yanaşmadı. Milli futbolçudan tələb olunan öz peşəsinə, ölkəsinə, xalqına və başbuğuna – baş məşqçisinə hörmətdi. Sadalananlar fonunda müəyyən intellekti də olsa, lap yaxşı. Tin uşağı düşüncəsiylə yaşayan, "stremlyaqa” ları yamsılayan adamı milli formaya yaxın buraxmazlar. Nə yazıq ki, bu gün əsas yığmanın gələcəyindən belələrinin silləyə və bir lopa tüpürcəyə layiq sifətləri görünür.  Bunun da səbəbi aşağı yaş qrupları üzrə yığmalarla düzgün iş aparılmamasıdı. Milli komandalarla məşqçilərdən əlavə psixoloqlar da işləməlidi. Düzgün yönləndirmə, təlimatlandırma erkən yaşlarda gələcəyin futbolçularının beyninə, ruhuna yeridilməlidi.

AFFA-da əyləşənlərin uğursuz fəaliyyətinin kökündə duran əsas amillərdən biri mentallığa diqqət ayırmamalarıdı. Məsələn, Almaniyada effekt verən sistemi xalqların kökəni, ümumi xarakteri və gündəlik həyat tərzini arasındakı uçurumu nəzərə almadan Azərbaycanda tətbiq etmək istəyərək fiaskoya uğradılar. Xalqın neftindən gələn pulları foqtslara, lippertlərə, gedelərə yedirtdilər. Təlim-məşq toplanışlarına xərclənən milyonlar havaya sovruldu. 10 ildən artıq vaxt keçdi... Və futbolumuz inkişaf etmək əvəzinə Bermud üçbucağına düşmüş gəmi kimi yerində  fırlandı, çabaladı, can verdi. Yenə təsadüfi qələbələrə sevinir, iki təsadüfi uğur ardıcıl gerçəkləşəndə ümidlənir, sonucda tsikli "cırtdanlar”dan öndə bitirməklə kifayətlənirik. Nə vaxta qədər?

"Futbol+"
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

18:24

Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb

17:46

Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

17:29

Azərbaycan cüdoçuları AÇ-nin ikinci günündə medal qazana bilmədilər

17:08

"Eyforiyaya qapılmaq niyyətində deyilik" - "Xankəndi"nin baş məşqçisi

16:50

Sürprizlərlə başlayan çempionat və ya "Ağstafa Gəncləri" nə "deyir"?

16:32

"Liverpul" gənc fransalı ilə müqavilə bağladığını açıqladı

16:14

"Neftçi"dən ayrılan bosniyalının yeni klubu bilindi

15:55

"Real Madrid" fransalı ulduza ÇL-də ehtiyac duymadı

15:32

Robinyonun oğlu A Seriyasında - RƏSMİ

15:13

"Kəpəz" - "Şamaxı" oyununa neçə bilet satıldığı bilindi - SON DURUM

14:54

"Futbolçularıma deyirəm ki, ağlınız Premyer Liqaya və ya 2-ci Liqaya getməsin" - Elnur Abdullayev

14:30

Zeynalov Qran-prinin qalibi oldu

14:10

Çempion "Sabah" lider "Zirə" ilə oyuna neçə itki ilə çıxacaq?

13:51

39 yaşlı Vardi Premyer Liqaya qayıda bilər - SON DURUM

13:32

"Rəqibə demək olar ki, qol epizodu vermədik" - "Şahdağ Qusar"ın baş məşqçisi

13:10

"Sabah"ın "Mançester Yunayted" ilə bağlı planları bilindi

12:49

Maudo Jarjue: "Neftçi" ilə oyunda qələbə qazanmağa hazırıq"

12:20

Son anda klubunu dəyişən və ilk matçda qırmızı vərəqə alan qapıçı: "Əsas odur, bundan dərs çıxaraq"

11:45

"Xankəndi" yeni transferinin adını açıqladı

11:26

Azərbaycan millisi baş məşqçisiz qaldı

11:08

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

Braziliyalı ulduz "Fənərbağça"dan rəsmən ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X