Kamerun millisi baş məşqçisiz qalıb. Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Uqo Broos istefaya göndərilib.
Buna səbəb komandanın "DÇ-2018"in seçmə mərhələsində uğursuz çıxışı olub. Rusiyada keçiriləcək mundiala vəsiqə qazana bilməyən 65 yaşlı belçikalı mütəxəssis yola salınıb. Yeni baş məşqçinin kimliyi bilinmir.
Qeyd edək ki, 2016-cı ildən Kamerun millisinə başçılıq edən Uqo Broos bu il Afrika Millətlər Kubokunun qalibi olmuşdu.
Fanat.Az