16:30 09.12.2017 3124

Qurban Qurbanovdan milli üzvlərinə sərt mesaj - MÜSAHİBƏ

Komanda.az-ın keçirdiyi sorğunun nəticəsinə əsasən ilin məşqçisi keçirilən Qurban Qurbanov bu gün "Fairmont otel”də keçirilən tədbirdə mükafatına qovuşub. Fanat.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb:

- 2017-ci ili necə dəyərləndirirsiz?
- Çox ağır və yaddaqalan il oldu. Çempionluq və ölkə kuboku öz yerində, azarkeşlər son iki ildə Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər, hətta demək olar ki, tələb edirdilər. Ağır mövsüm keçdi. Biz də ÇL-in qrupuna düşməyi bacardıq. Bu il həm çempion olduq, ölkə kubokunu qazandıq və ÇL-in qrupuna düşdük. Dekabrda Premyer Liqanı lider başa vurmağı istəyirdik və ili lider başa vurduq. Bu il son hədəfimiz isə ölkə kubokunda mərhələ adlamaqdı. Bu da baş versə, tam uğurlu olacaq. Xoş il oldu. Bəzən futbolçular, məşqçilər və rəhbərlik kiçik uğur qazananda rahatlaşır və "Gələn il qrupa düşməsək də, heç kim heç nə deməz” düşünür. Amma biz belə düşüncələrin qarşısını aldıq. ÇL-in qrupuna düşməyi bacardıq. "Qarabağ”ın rəhbərliyinə, futbolçularına və azarkeşlərinə təşəkkür edirəm. Uğurlar biz rahat etməli deyil. İlin məşqçisi mükafatı mənim məsuliyyətimi daha da artırır. Həqiqətən də bu ili uğurlu adlandırardım. Məni üzən iki böyükhseablı yenilgi oldu. "Çelsi”yə ev və səfər matçlarında uduzduq. İstəməzdim belə olsun. Amma real yanaşaraq komandaların gücünə baxsaq, futbolda belə hesablar olur. Bunu normal qarşılamaq olur. Azarkeşlərimizi belə məğlubiyyətlər hazır etdik. İki komanda arasında matçda belə hesablar olur. Uğurlu il alındı.

- 8-ci dəfə ölkədə ən yaxşı məşqçi seçildiz. Çempionlar Liqasında komandanız 2 xal topladı. Özünüz üçün müqayisə etsəz, hansı daha uğurludu?
- Mənim üçün olmasın, azarkeş və komanda üçün olsun. Məni yaxşı tanıyırsız. Düşüncələrim belədi. Bunun tərəfdarıyam. İlin məşqçisi seçilmək arzusunda olmamışam. Çıxışımda da unutdum, xahiş etmək istəyirdim ki, çox da mənim haqqımda yazıların, təriflərin olmasını istəmirəm. İstəyirəm "Qarabağ”a və azarkeşlərə tərif olsun. İki xal və böyük komandaların Azərbaycana gəlməsi mənim üçün daha üstündü, nəinki ən yaxşı seçilməyim.

- Millinin baş məşqçisi kimi mətbuat konfransı nə vaxt olacaq?
- Qəti qərar verməmişik. Dekabrın 20-dən sonra ola bilər.

- Uzun müddət milliyə dəvət almayan Rauf Əliyev, İlqar Qurbanov və Rüfət Dadaşovun yenidən yığmaya dəvət alacağı gözlənilir?
- Düzünü deyirəm, hələ qərar verməmişik. Futbolçuları tanıyırıq. Təxmini olsa da, potensiallarına bələdəm. Raufun nəyə qadir olduğunu bilirəm. Digərlərinin də həmçinin. Yanımda olmayan oyunçulara ola bilər ki, tam bələd olmayım. Mənə vaxt lazımdı. İlk toplantıdan sonra dəyişikliklər olacaq. Ola bilər ki, ilk toplanışa dəvət almayan bəzi oyunçular da olsun. Bu, milli komandadı. Mən nə qədər məsuliyyətli yanaşıramsa, futbolçu ikiqat yanaşmalıdı. Bakı kiçik şəhərdi, hər yerdən məlumatlıyıq. Futbolçuların hansı həyatı yaşadıqlarını və harda olduqlarından məlumatlı oluruq. Kim harda olur, nə edir bilirik. Buna görə də yığmada məsuliyyətli insanlar olmalıdı. Təkcə futbolu düşünən və bununla nəfəs alan deyil, həyat tərzində doğru yol tutanlar millidə olacaq. Ola bilər ki, kimdənsə zəif və aşağı səviyyədə olsun, amma yetər ki, işində məsuliyyətli olsun. Problemli və bundan sonra problem yaşadacağı gözlənən futbolçuların yığmada olmasını istəməzdim. Hamı özünü yaxşı mənada hazırlamalıdı və milliyə hazır etməlidi.

- Bu, Kamran Ağayevə də mesajdı?
- Xeyr. Niyə? Ümumi deyirəm. Hər futbolçu ilə yaxından maraqlanacam. Bu məsələdə ciddi olacam. Kollektiv şəkildə birlik olmalıdı. Bu, yığma komandadı. Bəzən üzdə hər şey qaydasında görünür. Müsahibələrdə, açıqlamalarda vətənpərvər kimi görünür, amma eşidirsən ki, tam fərqli sözlərdi. Tam diqqət yetirəcəyik. Komandanı formalaşdırmaq üçün 1-2 ilə ehtiyac olacaq. 10-15 futbolçu olsun, amma məsuliyyətli, ürəkli və ciddi şəkildə işinə yanaşsın.

- Bir zamanlar Türkiyədə də belə metod var idi. Hətta 2002-ci ildə də dünya çempionatında 3-cü yeri tutmuşdular. Bununla bağlı bu yaxınlarda Bakıda olmuş, Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəşlə danışmısız?
- Türkiyədən fərqliyik. Qardaş ölkədə 80 milyon insan yaşayır. Orda futbolçu tapmaq daha asandı, bizdə isə çətindi. Biz daha fərqli baxacağıq. Bu işləri etməsək, futbolçu formalaşdırmaq çətin olacaq. Şenol Günəşlə belə söhbətim olmayıb. Məşqçi kimi öz prinsiplərim olacaq.

- Yığmanın toplanışdakı rəqibləri bəllidi?
- Xeyr, heç nə məlum deyil.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

Facebookdan bizi izləməyi unutmayın.
X