Türkiyədə təlim-məşq toplanışında olan "Səbail” bu gün ikinci yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin komandası Serbiyanın "Napredak” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Səbail"in qolunu 25-ci dəqiqədə Vüqar Nadirov vurub.
Serbiya Super Liqasında çıxış edən "Napredak" 34 xalla 16 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Səbail” ilk yoxlama matçında Ukraynanın "Çernomorets” klubu ilə qolsuz bərabərə qalıb.
Fanat.Az