12:52 05.02.2018 1109

TPL klubları Antalyada: 35 oyun, 5 qələbə - SİYAHI

Topaz Premyer Liqası klubları Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurdu. Fanat.Az xəbər verir ki, bu gün səhər saatlarında onlardan sonuncusu "Zirə” də vətənə qayıtdı.
 
Təmsilçilərimiz üçün qonşu ölkədəki hazırlıq dönəmi yoxlama oyunları baxımından kasad olmadı. Komandalar ümumilikdə 35 görüşdə qüvvələrini sınadı. TPL klubları bu matçların cəmi 5-də qələbə qazanmağı bacardı. "Qarabağ”, "Sumqayıt”, "Neftçi” və "Səbail” toplanışı qalibiyyətsiz başa vurdu, digər 4 klubdan 3-ü 1, "Kəpəz”isə 2 qələbə qazandı.
 
Matçların 12-də heç-heçə edən klublarımız 18 dəfə meydanı məğlub tərk etdi. Yenilgilərdən 5-i böyük hesabla oldu. Hətta 1:8 hesablı iki darmadağın da qeydə alındı.
 
35 qarşılaşmada TPL təmsilçiləri cəmi 29 dəfə fərqlənə bildi. Bunun müqabilində rəqib komandalar 64 qola sevindi.

Komandaların ayrı-ayrılıqda göstəricilərinə nəzər yetirək...
 
"Qarabağ”: Premyer Liqanın lideri 6 yoxlama oyunu keçirdi. 4 matçda heç-heçəyə razılaşan Ağdam klubu 2 görüşdə məğlub oldu və toplanışı qələbəsiz başa vurdu. Qurban Qurbanovun yetirmələri rəqiblərinin 8 qoluna 5 dəfə cavab verdi.

"Qarabağ”- "Kuban" (Rusiya) - 2:2
"Qarabağ”-  "Lexiya" (Polşa) - 1:1
"Qarabağ”- "Şkupi" (Makedoniya) - 0:0
"Qarabağ”-  "Mariupol"(Ukrayna) - 2:3
"Qarabağ”-  "Sarayevo” (Bosniya və Hersoqovina) - 0:2
"Qarabağ”- "Mladost” (Monteneqro) - 0:0
 
"Qəbələ: Çempionluq yarışındakı əsas rəqibindən fərqli olaraq, "qırmızı-qaralar” qələbə qazanmağı bacardı. Roman Qriqorçukun komandası keçirdiyi digər 5 görüşdə 2 heç-heçə və 3 məğlubiyyətlə üzləşdi. Top fərqi – 7:11.

"Qəbələ” - "Akhisar Bələdiyyəspor” (Türkiyə) - 1:1
"Qəbələ” - "Sürix”(İsveçrə) - 0:1
"Qəbələ” - "Rabotniçki” (Makedoniya) - 2:1
"Qəbələ” - "Arsenal” (Tula, Rusiya) - 3:3
 "Qəbələ” - "Bohemians”(Çexiya) - 1:3
"Qəbələ" - "Şkendiya” (Makedoniya) - 0:2 

"Zirə”: Premyer Liqanın 3-cüsü cəmi 3 yoxlama oyunu keçirdi. 1 görüşdə qələbə qazanan qəsəbə təmsilçisi, qalan 2-də məğlubiyyətlə üzləşdi. 3 qol vuran Ayxan Abbasovun komandası öz qapısında 5-ni gördü.

"Zirə” - "Volentaru”(Rumıniya) – 2:0
"Zirə” - "Avanqard” (Rusiya) – 0:3
"Zirə” – "Haladaş” (Macarıstan) – 1:2
 
"Sumqayıt”: "Gənclik şəhəri” təmsilçisi də qonşu ölkədən qələbəsiz qayıtdı. Samir Abasovun komandası 4 matçda cəmi 1 heç-heçə etdi və eyni sayda qol vurdu. Bunun müqabilində rəqib komandalar "Sumqayıt”ın torunu 7 dəfə silkələdi.

"Sumqayıt” - "Konkordiya” (Rumıniya) - 0:1
"Sumqayıt” - "Akademiya Pandev” (Makedoniya) - 1:1
"Sumqayıt” - "Anji” (Rusiya) - 0:1
"Sumqayıt” – "Mladost” (Serbiya) – 0:4 

"Neftçi”: "Flaqman” bütün oyunlarda məğlub olmaqla "diqqət çəkdi”. İlk matçda "SKA-Xabarovsk”la (Rusiya) görüşdə qeydə alınan 1:8 hesabı qış fasiləsinin iki ən acınacaqlı yenilgisindən biri oldu. "Ağ-qaralar” 5 görüşdə cəmi 1 qola sevinə bildi. Rəqibləri isə Tərlan Əhmədovun komandasını 15 dəfə cəzalandırdı.

"Neftçi” - "SKA-Xabarovsk” - 1:8
"Neftçi” - "Konkordiya” (Rumıniya) - 0:1
"Neftçi” - "Slaviya” (Bolqarıstan) – 0:1
"Neftçi” - "Krılya Sovetov” (Rusiya) - 0:2
"Nefçti” – "Sileks” (Makedoniya) - 0:3 

"Səbail”: Premyer Liqanın debütantı 4 görüş keçirdi və bunların 3-də heç-heçə etdi. Samir Əliyevin komandası yeganə məğlubiyyətini Sofiya "Lokomotiv”indən aldı. Top fərqi – 4:6.

"Səbail” - "Çernomorets”(Odessa, Ukrayna) - 0:0
"Səbail” - "Napredak” (Serbiya) - 1:1
"Səbail” – "Lokomotiv” (Bolqarıstan) – 1:3
"Səbail” – "Senika” (Slovakiya) – 2:2 

"Keşlə”: Toplanışı yeni baş məşqçiylə keçirən bakılıların 3 oyununda fərqli nəticələr qazandı. Yuri Maksimovun komandas həm qələbə, həm məğlubiyyət, həm də heç-heçəni daddı.  Top fərqində də balans pozulmadı – 3:3.

"Keşlə” – "Rabotniçki” (Makedoniya) – 1:0
"Keşlə” – "Karpatı” (Ukrayna) – 1:2
"Keşlə” – "Yenisey” (Rusiya) – 1:1
 
"Kəpəz”: "Neftçi” kimi ikinci ən köklü klubumuz da 1:8 hesablı darmadağınla üzləşdi. Ancaq bakılılardan fərqli olaraq, gəncəlilər 2 dəfə qələbə qazanmağa və heç-heçə etməyə də imkan tapdı. Yunis Hüseynovun komandası 4 oyunda buraxılan 9 qola 5 dəfə cavab verdi.

"Kəpəz” - "Vitorul” (Rumıniya) - 1:1
"Kəpəz” - "Daejeon Citizen” (Cənubi Koreya) - 1:0
"Kəpəz” - "Yagelloniya” (Polşa) - 1:8
"Kəpəz”  – "Spartak” (Subotiça, Serbiya) - 2:0

Mənbə: Futbolpress.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

Facebookdan bizi izləməyi unutmayın.
X