"Səbail” növbəti transferini rəsmiləşdirib. Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Nikoloz Apakidze ilə anlaşıb.
26 yaşlı mərkəz müdafiəçi mövsümün ikinci yarısından "Səbail”in şərəfini qoruyacaq. Gürcüstanlı futbolçunun son klubu "Rustavi” olub. O, bundan başqa, vətənində "Zuqdidi”, "Şuxura” və Litvada "Trakai”nin formasını geyinib.
Qeyd edək ki, "Səbail” Apakidzedən öncə Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev, Yevgeni Koçuk və Ruslan Əmircanovla da güclənib.
Fanat.Az