"Sabah" qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, birinci divizion təmsilçisi Rusiyanın "Alaniya" klubunun yetirməsi Əziz Quliyevlə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Bu mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən sol cinah müdafiəçisi, "Karvan", "Neftçi", "Bakı", "İnter" (hazırkı "Keşlə"), "Tavriya" (Ukrayna) və "Kalev" (Estoniya) klublarında da forma geyinib. Vaxtilə U-21-in şərəfini qoruyan 30 yaşlı futbolçu,əsas milliyə də çağırılıb.
"Sabah" həmçinin müqavilə ilə "Səbail" klubuna məxsus olan Seymur Əsədovu mövsümün sonuna kimi icarəyə götürüb. "Qəbələ"nin yetirməsi sayılan Əsədov AZAL və "Sumqayıt" klublarında da forma geyinib. Vaxtilə U-21 yığmamızın şərəfini qoruyan dayaq yarımmüdafiəçisi, əsas milliyə də çağırılıb.
Fanat.Az