Səbail”in ötən ay anlaşdığı Faruk Miya bu gün Bakıda olacaq.
Fanat.Az xəbər verir ki, Belçikanın "Standard” klubundan mövsümün sonuna qədər icarəyə götürülən 23 yaşlı yarımmüdafiəçi Samir Əliyevin komandasına qış transfer dönəmində keçən 9-cu futbolçudu. Bakı təmsilçisi Miyadan öncə Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev, Yevgeni Koçuk, Nikoloz Apakidze, Vahit Orazsaxedov və Ruslan Əmircanovu rənglərinə bağlayıb. Uqanda millisinin üzvü Topaz Premyer Liqasında fevralın 18-də debüt edə bilər. O, hazır olacağı və sənədlərində problem çıxmayacağı halda, çempionatımızın XVI turunda - "Qarabağ”la görüşdə forma şansı qazanacaq.
Fanat.Az