Topaz Premyer Liqasında XVI turun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, turun mərkəzi oyunu olan "Qəbələ" - "Zirə" qarşılaşması Rauf Cabbarova tapşırılıb.
"Sumqayıt" - "Neftçi" oyununu İnqilab Məmmədov idarə edəcək. "Kəpəz" - "Keşlə" oyununda ədaləti Rəvan Həmzəzadə, "Səbail" - "Qarabağ" matçında Elvin Əsərov qoruyacaq.
Hakimlər Komitəsi bu turda FIFA referilərinə təyinat verməyib.
17 fevral
15.00 Qəbələ - Zirə
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
18.30 Sumqayıt - Neftçi
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov.
18 fevral
15.00 Kəpəz - Keşlə
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev.
17.30 Səbail - Qarabağ
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid Əliyev, Əliyar Ağayev.
Fanat.Az