"Qarabağ”ın ispan yarımmüdafiəçisi Miçel sıraya dönüb.
Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi zədəsini tam sağaldıb. Futbolçu Premyer Liqanın XVI turunda "Səbail”lə keçiriləcək matçda komandasına kömək etməyə hazırdı.
Qeyd edək ki, "Səbail” – "Qarabağ” oyunu fevralın 18-də keçiriləcək. "Bayıl Arena"da baş tutacaq oyunun start fiti 17:30-da veriləcək.
Fanat.Az