21:27 08.04.2018 1867

Tərlan Əhmədov: “Ona dedim ki, yolun açıqdı”

"Çalışırdıq ki, 3 xal qazanaq. İmkanımız var idi”. Bunu "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. 

Topaz Premyer Liqasının XXII turunda "Sumqayıt”ı qəbul edən paytaxt təmsilçisi qələbə hesabını qoruya bilməyib və meydanı 1 xalla tərk edib – 2:2.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "Komandamın oyunundan razı qaldım. İki səhv, iki qol oldu. İkinci hissə daha maraqlı keçdi. Hücum futbolu oynadığımız üçün qollar buraxırıq. Heç nə itirilməyib. Qarşıda oyunlar var. Maksimum nəticə əldə edib, şansımızdan yararlanmaq istəyirik”. 

- "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk "Zirə” ilə oyundan sonra dedi ki, komanda kubok oyununa köklənib. "Neftçi” ilə bağlı da eyni şeyi düşünmək olar?
- Futbolçular bilirlər ki, hər iki yerə namizədik. Çempionatda 3-cü də ola bilərik, kuboku qazana da. Nə qədər motivasiya etsək də, oyunda qərarı verən futbolçulardı. Düşünmürəm ki, komanda tam olaraq kuboka köklənib. Hər iki yarışda şansımız var. Şansımız varsa, hər ikisindən istifadə etməyə çalışacağıq.

- Cavid İmamverdiyev bir vaxtlar rəhbərliyiniz altında oynayıb. İndi isə əla formadadı. Onun hazırda başqa yerdə olmasına görə rəhbərliyi qınamırsız?
- Bu, mənim işim deyil. Bura gələndə demişdim ki, Cavidlə Arazın getməsinin səbəbini bilmirəm. Onlar komandanın yetirmələridi və burda qalmalı idilər. Onların komandada olmasını istərdim. Amma bu, mənim səlahiyyətimdə deyil. Heç kimi qınamıram. Öz işimi davam etdirirəm və növbəti oyunları düşünürəm. 

- Soni Mustivar bir hissə ərzində heç nə ilə yadda qalmadı. Demək olarmı ki, onun üçün ən azı bu mövsüm uğursuz keçəcək?
- Hamının öz subyektiv fikri var. Onun meydanda gördüyü işə baxmaq lazımdı. Fiziki cəhətdən tam hazır deyil. Amma bu o demək deyil ki, 45 dəqiqə ərzində heç nə ilə yadda qalmadı. Gələcək oyunlarda bizə daha çox xeyir verəcək. Əvəzlənməsi yorğunluğu ilə bağlı idi. 

- Qışa qədər Namiq Ələsgərovdan narazı idiz. Amma indi komandanın aparıcı futbolçularından biridi...
- Çox istərdik ki, bütün azərbaycanlı futbolçular daha yaxşı oynasınlar. Antalyada olanda o mənə dedi ki, Slovakiyaya getmək istəyirəm. Mən də dedim ki, yolun açıqdı. Onun ilk dövrədəki oyunlarından narazı idim. Sonra onunla fərdi söhbətim oldu. Namiqə əvvəlki oyununun qaytarmasının lazım olduğunu bildirdim. Bu gün yaxşı çıxış edir. Özü nəticə çıxarıb. Bu oyunda potensialından aşağı çıxış etdi. O, Makedoniya ilə qarşılaşmadan zədəli qayıtmışdı. Biz onu Azərbaycan futbolu üçün qazanmışıq. 

- Qış fasiləsi transferlər üçün uğurlu sayılmır. İndidən növbəti mövsüm üçün planlarınızı qurmusuzmu?
- Klubun idman direktoru ilə söhbətimiz olub. Bəzi mövqelərə oyunçu axtarışına başlamışıq. Daha yaxşı çıxış etməyimiz üçün ehtiyac var. Qışda yaxşı transfer edə bilməsək də, artıq bununla barışmalıyıq. Ola bilər ki, Ceyhun Sultanovla birgə mən də gedib bəzi futbolçuları izlədim. Artıq gələn mövsümü fikirləşmək lazımdı. Sonra gec ola bilər. 

- Sizin komandada qalacağınızı demək olarmı?
- Müqaviləm mayın sonunda bitəcək. Hələ burdayam. Dəqiq heç nə bilinmir. Hələ müqavilə təklif olunmayıb. 

- Yeni transferlər siyahısında Tural Axundov və Cavid İmamverdiyev var?
- Hələ ki, yerlilərlə bağlı qərar verilməyib. Sırf legionerləri fikirləşirik. Daha yaxşı əcnəbilər istəyirik. Yerlilər isə göz önündədi. Mayın əvvəli yerli futbolçuların siyahısı rəhbərliyə təqdim olunacaq. 

- İkinci qoldan sonra İqnasio Erreraya əsəbləşmişdiz...
- Tək İqnasio yox, hamıya əsəbləşmişdim. Mövqe səhvi var idi. Bir qədər emosional oldum. İşimizin mahiyyəti budu.(Apasport.az)

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
19:10

KL: "Neftçi" "Dinamo Minsk"i qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

Facebookdan bizi izləməyi unutmayın.
X