09:58 04.04.2019 2549

Qara Qarayev: "Köçkünlük həyatı mənə unudulmayacaq bir ad verdi"

"Qarabağ”ın və yığma komandanın müdafiəçisi Qara Qarayevin müsahibəsi

Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvasını itirmiş, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış həmvətənlərimiz arasında, bütün mərhumiyyətlərə rəğmən, istedad və bacarığını üzə çıxarmağa, cəmiyyətdə öz yerini tutmağa nail olanlar da çoxdur. Ağdamın "Qarabağ” futbol klubunun müdafiəçisi, yığma komandanın üzvü Qara Qarayev də onlardan biridir. Əslən Füzuli rayonundan  olan 27 yaşlı futbolçu karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun çempionu olub. İndiyədək kütləvi informasiya vasitələrində daha çox idman həyatı işıqlandırılan gənc futbolçu qəzetimizin məcburi köçkünlük məsələsi ilə bağlı suallarını səmimiyyətlə cavablandırıb.

- Dünyaya gəlişinizdən on ay sonra işğal olunmuş Füzuli rayonu ilə bu gün Sizi birləşdirən hansı dəyərlər var?.. Ata-baba yurdunuz haqqında valideynlərinizdən, qohum-əqrabanızdan eşitdiklərinizdən nələri yaddaşınızda hələ də saxlayırsınız?
- Doğru vurğulayırsınız ki, hələ mənim bir yaşım olmamış doğulduğum torpağı - Füzuli rayonunu tərk etmək məcburiyyətində qaldıq. Ailəmizin köçkünlük həyatı başladı. Öz doğma yurduma uzun müddətdir gedə bilmirəm, doğulduğum yerlərdə ola bilmirəm. Müsahibələrimin birində də demişdim ki, qarabağlı olub öz torpaqlarını tərk etmiş insanların hissləri daha fərqli, daha  acılı olur. Mənim doğulduğum yerlər mənim təsəvvürümdə daha gözəldir. Ailəmiz, qohumlarımız mənə  çaylardan, dağlardan, təpələrdən, hər şeydən danışırlar və mən də çalışdığım qədər yadımda saxlayıram. Mən ümidliyəm, Allah o hissi yaşamağı, doğulduğumuz  torpaqlara qayıtmağı yenidən bizlərə nəsib edəcək. Məncə, o günlər çox uzaqda deyil.

- Ailənizin köçkünlük həyatı ilə bağlı hansı təəssüratlarınız var? Köçkün kimi harada məskunlaşmısınız, hansı orta məktəbdə oxumusunuz?..
- Köçkünlük həyatı mənə unudulmayacaq bir ad verdi. Bu ad hələ də mənimlədir və inşallah ki, bu addan tezliklə qurtularıq. Rayonumuzun işğalından sonra ailəmiz əvvəlcə Beyləqanda məskunlaşıb. Orada bir müddət yaşadıqdan sonra Bakıya  köçmüşük. Yasamal rayonunda müvəqqəti məskunlaşmışıq... Atamın dediyinə görə, Füzuli rayonundakı evimizdən heç bir şey çıxarmaq mümkün olmayıb.

- Uşaqlığınızın keçdiyi, məhəllə futbolu oynadığınız yerlərə yolunuz düşürmü? İdmanda qazandığınız uğurlarda kimlərin rolu var?
- Uşaqlığım demək olar ki, Yasamalda keçib. Azərbaycan İnşaat Mühəndisləri, Universitetinin yataqxanasında məskunlaşmışdıq. Binanın həyətində asfalt döşəməli böyük bir futbol meydançası vardı. Bu, belə deyim, hər daşı, hər künc-bucağı mənim üçün doğma olan stadiondur. Ən xoş xatirələrim var, o stadionla bağlı... Bəzən ora yolum düşürdü, hətta uşaqlara qoşulub oynayırdım da... Amma uzun müddətdir ki, gedə bilmirəm. Professional karyeramda qrafikin sıxlığı imkan vermir.

İdmanda qazandığım uğurlara görə minnətdar olduğum və hər zaman da minnətdar olacağım bir şəxs var. Futbol oynamağa başladığım dönəmdə hər zaman şükürlər etmişəm ki, onun kimi gözəl in­sanla, müəllimlə tanış olmuşam. Məni doğru-düzgün idmana yanaşmağı öyrədən ilk məşqçim Elnur Zeynalovu nəzərdə tuturam. Mənim futbola bağlanmağımda və uğur qazanmağımda onun böyük zəhməti olub.

"Qarabağ”da oynamağa başladıqdan sonra qazandığım bütün böyük uğurların tək memarı isə hal-hazırki məşqiçim Qurban Qurbanovdur. 2009-cu ildən bu yana mənə inanıb, mənə şans verib, mənə daha çox diqqət göstərməyə çalışıb.  Futbol karyeramda mənim üçün uğurlu bu iki amil olub ki, həqiqətən də bir-birindən yaxşı iki məşqçi ilə işləmişəm. Düşünürəm ki, idmanda qazandığım bütün uğurlara görə bu iki məşqçiyə borcluyam.

- Köçkün məktəblərində görüşləriniz olurmu? Məcburi köçkün uşaqlara, yeniyetmələrə nələri tövsiyə edərdiniz?
- Uzun müddətdir ki, məcburi köçkün məktəblərində görüşlərimiz olmur. Adətən, klubumuzda belə görüşlər olduqda bizə xəbər verilir, biz də məmnuniyyətlə gedirik. Ümid edirəm ki, belə görüşlər olsa, bizim üçün də xoş təəssüratlar bağışlayacaq. Yeniyetmələrə məsləhətim odur ki, idmanda uğur qazanmaq üçün çalışmaq lazımdır. İdmanda uğur qazanmaq üçün savad önəmli rol oynayır. Bütün idman növlərində bu belədir. Uğur qazanmaq üçün gərək daha çox çalışasan, əziyyətə qatlaşasan.  Düşünürəm ki, uşaqlar idmanla məşğul olanda gələcəkdə ölkəmizi, bayrağımızı təbliğ etməyin önəmini dərk edirlər. Məncə, uşaqlar çox çalışarlarsa, istədikləri nəticəyə, uğura çata bilərlər.

- Yəqin ki, Sizin də ailəniz məcburi köçkünlər üçün dövlətin müəyyənləşdirdiyi güzəşt və imtiyazlardan istifadə edir. İndi tanınmış və təminatlı idmançı olduğunuz bir vaxtda ailənizin sosial-maddi vəzyyətinin yaxşılaşmasına köməyiniz varmı?
- Sözsüz ki, Füzulinin işğalından sonra Bakıda məskunlaşdığımız illərdə dövlətimiz tərəfindən verilən yardımlardan, imtiyazlardan biz də hər kəs kimi  istifadə etmişik. O ki, qaldı ailəmizin sosial-maddi vəziyyətinin yaxşılaşmasına kömək etməyimə, bu mənim üzərimə düşən ən böyük haqq və borclardan biridir. Bundan sonra da yaşadığım dövrdə, oynadığım dövrdə hər zaman çalışacam ki, ailəmin - atamın, anamın və qardaşlarımın sosial-maddi vəziy­yətinin yaxşılaşması üçün əlimdən gələni edim və düşünürəm ki, bu mənim mənəvi borcumdur. Həyatımın sonuna qədər də bu borc mənim boynumda haqq olaraq qalacaqdır

- Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə uşaq futbolunu inkişaf etdirməklə bağlı hansı təklif və köməyiniz ola bilər? Və ya belə bir təşəbbüslə "Qarabağ”ın, yaxud AFFA-nın qarşısında məsələ qaldırmaq mümkündürmü?
- Həmin qəsəbələrdə futbolu inkişaf etdirmək istəyiriksə, mütləq futbola uyğun infrastruktur yaradılmalıdır. Stadionlar, bazalar, məşq meydançaları mütləq olmalıdır. Və ən əsası uşaqlarla çalışacaq savadlı, bilikli futbol müəllimlərini ora cəlb etmək lazımdır. Sözsüz ki, mütləq diqqət ayırmaq lazımdır o uşaqlara ki, hər zaman nəzarətdə olsunlar. Onda həmin qəsəbələrdə yaxşı idmançılar yetişdirmək olar. O idmançılar ki, milli komandamıza faydalı ola biləcək. Köməyə gəldikdə isə ixtiyarımızda olan bütün məsələlərdə əgər kömək istənilirsə, əlimdən gələn etməyə hazıram.

"Qarabağ” və AFFA-nın qarşısında da məsələ qaldırmaq, əlbəttə, mümkündür. Düşünürəm ki, belə bir təklif olduğu halda müsbət bir rəy bildirərlər. Federasiyada bu məsələlərlə çalışan insanlar var. Onlar regionlarla bağlı futbol haqqında düşünür və belə bir məsələ olarsa, "Qarabağ”a təklif etmək mənim üçün daha asan olar.

Mənbə: "Vətən səsi"
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X