19:37 18.04.2019 1546

Aftandil Hacıyev: "Həmin epizoddan 2 dəqiqə əvvəl onu əvəzləmək istəyirdim"

Topaz Premyer Liqasının XXV turu çərçivəsində səfərdə "Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən "Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Çempionatın sonu yaxınlaşdıqca, həyəcan artır. Son turlar onu göstərir ki, hər bir komanda hər xal üçün əlindən gələni edir. Bu gün meydanda hər iki komanda həm taktiki, həm də mübarizlik baxımdan gözəl oyun göstərdilər. İlk hissənin əvvəlində səhvlər etdik. Bundan da "Sumqayıt” yararlana bildi. Bilirdik ki, rəqib pressinq etməyi xoşlayan komandadı. Oyunda dönüş yaratmaq üçün fasilədən sonra Koçuku döyüşə atdıq. Bilirdik ki, meydan sahibləri əsas diqqəti müdafiəyə yönəldəcək. İkinci 45 dəqiqədə hər iki komanda alqışalayiq futbol sərgilədi. Təəssüf ki, Kevin Kupemba zədələndi. Sabah vəziyyətinə tam aydınlıq gələcək.

- Küləyə qarşı oynayan komanda ilk yarıda niyə hava ötürmələrinə üstünlük verirdi?
- Rəqib pressinq tətbiq edir. Belədə, havayla oynamaq məcburiyyətindəydik.

- Kitanovski yenə komandanı pis vəziyyətdə qoydu...
- Bir sıra yeniliklər olub qaydalarda. Futbolçuları maarifləndirmək lazımdı. Kitanovskinin oyunundan razı qaldım, ancaq həmin anda emosiyalar yüksək olur. Açığı, həmin epizoddan 2 dəqiqə əvvəl onu əvəzləmək istəyirdim.

- "Səbail”də belə bir tendensiya müşahidə edirik ki, qol buraxanadək, müdafiədə oturur. Ancaq bundan sonra təşəbbüsə yiyələnirsiniz. Hücum etmək potensialı bu cür olan komanda niyə məhz məğlub duruma düşdükdən sonra hücuma atılır?
- Bəlkə də haqlısınız. Ancaq burda sevindirici məqam da var. Deməli, oyunun böyük hissəsində nəzarəti ələ ala bilirik. Yeni komandayıq. Bu səbəbdən də bütün düşüncələrimizi dərhal həyata keçirə bilmirik. Hər halda, bütün oyunlarda çoxlu hücum etmək istəyirik.

- Yəni, bu, ev hazırlığı deyil ki, ilk 45 dəqiqədə təmkinli oynayıb rəqibin yorulmasına can atırsınız ki, fasilədən sonra yorğun rəqibi sıxışdırıb qol vurasınız?
- Rəqibdən rəqibə fərq var. Məsələn, "Qarabağ”la, "Neftçi”ylə açıq futbol oynamaq çətindi. Bugünkü görüşə gəlincə, planımız belə idi ki, pressinq tətbiq edən rəqibin yorulmasını gözləyək. Sevindiricidir ki, "Sumqayıt”a qalib gəldik. Ayxan Abbasovun komandasına çempionatın qalan oyunlarında və Kubokda uğurlar arzulayıram. (Sport24.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X