22:18 22.04.2019 1930

Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

"Kubokda səbrli və dözümlü olan komanda turu keçir. Cütün favoritini göstərməkdə çətinlik çəksəm də, öz komandama inanıram”.

Fanat.Az xəbər verir ki, bunu "Report”a "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun yarımfinalında evdə "Zirə”yə qarşı keçirəcəkləri ilk oyun barədə danışarkən deyib.

38 yaşlı mütəxəssis aprelin 23-də "Kapital Bank Arena”da baş tutacaq oyunun Avropa Liqasına vəsiqə baxımından önəmli olduğunu söyləyib. O, yarışın favoritini də açıqlayıb: "Ən çətini bizim cütlükdür. Həm "Sumqayıt”, həm də "Zirə” tarixlərində ilk dəfə final həyəcanı yaşaya, rəqibin baş məşqçisi Samir Abasovla mənim vaxtilə rəhbərlik etdiyimiz komandalara qarşı oynayacağımız isə mətbuat üçün maraqlı ola bilər. Amma özüm üçün bu mövzu keçmişdə qalıb. İndi hər ikimiz öz komandamıza köklənmişik. Avrokuboka düşmək üçün son şansımızdır. Durumun fərqindəyik. Çalışacağıq ki, finala adlayan biz olaq. "Qəbələ” ilə "Qarabağ” digər cütü təşkil edirlər. Ağdam klubu çempionatda liderdir. Bu komandanı kubokun da favoriti saymaq olar. Hər halda məsələyə real yanaşsaq, "Qarabağ” üstün görünür".

Abbasov deyib ki, hazırda Azərbaycandakı futbol matçlarında ev - səfər prinsipi böyük önəm daşımır: "Əlbəttə, öz azarkeşlərimiz önündə oynamaq üstünlükdür. Lakin hazırda Azərbaycanda ev - səfər prinsipi bir qədər arxa planda qalıb. Əvvəllər Lənkəran, Tovuz, Şəmkir və digər bölgələrə səfərlərdə fərqi hiss edirdik. Amma bu gün görünür ki, Bakıda belə bir problem yoxdur. İstənilən komanda səfərdə də rahat qalib gəlir”.

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun finalını mayın 19-da Naxçıvanda təşkil etmək istəsə də, klublar bunun əleyhinədir. "Sumqayıt”ın baş məşqçisi də həlledici görüş üçün başqa stadionu məqbul sayır: "Final oyunu bir şəhərdə olursa, növbəti dəfə başqa şəhərə təşkil etmək olar. Naxçıvanda şərait ideal deyil ki, tez-tez ora üstünlük verilsin. 2017-ci ildə final orada olub. İndi həlledici matçı Gəncə və ya Tovuzda da təşkil etmək olar. Lakin qərarı PFL verir. Seçimi də bu qurum edəcək”.

Baş məşqçinin fikrincə, hazırda digər komandalar "Sumqayıt”dan üstündürlər: "Ötən ilin dekabrında "Neftçi”ni Azərbaycan Kubokunun 1/4 finalında keçmək bizim üçün böyük uğur idi. Ancaq sonradan eniş oldu. Qış fasiləsində rəqiblərin güclənməsi vəziyyətə təsir etdi. Bir müddət əvvəl "Sumqayıt”dan ayrılmaq istəyim nəticələrə görə deyildi, başqa səbəblər vardı. Bura gələndən çalışmışam ki, ab-havanı, bəzi baxış və fikirləri dəyişək. Bəli, vuruşuruq, uşaqlar da çalışır, amma digər komandaların üstünlüyü bizdən çoxdur. Söhbət təkcə legionerdən getmir. Məsələn, "Zirə”də 11 əcnəbi var, lakin komanda 6-cı yerdədir. Yaxud "Keşlə”nin 8 legioneri var, amma komanda son sıradadır. Mövsüm bitəndən sonra rəhbərliklə danışacağıq. Narazı olsalar, başqa məsələ. Komandanı elə vaxtda götürmüşdük ki, böyük dəyişiklik edə bilmədik. Üstəlik, geniş seçimimiz də yoxdur. Gəldiyim gündən mənim olmayan komandaya tez bir zamanda uyğunlaşmağa çalışmışam. Hazırda bəzi işlər gedir. Əsas məsələ seleksiyadır. İlk növbədə, məqsədimizi təyin etməliyik. Ondan sonra problemləri həll etmək olar”.

Gənc mütəxəssis "Zirə” ilə oyun ərəfəsində müdafiəçilər - Vurğun Hüseynov və Arif Daşdəmirovun cəzalı olduğunu, yarımmüdafiəçi Ehtiram Şahverdiyevin isə zədədən əziyyət çəkdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, "Sumqayıt” – "Zirə” matçı 18:30-da başlayacaq. Bu komandalar arasında cari çempionatda baş tutmuş 4 oyundan 3-də qəsəbə təmsilçisi qalib gəlib - 3:1, 1:0, 2:0, 0:1. 

Fanat.Az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
19:22

PSJ-dən transfer bombası

19:00

MPL: "Sabah"dan 3-cü qol - YENİLƏNİR

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

Facebookdan bizi izləməyi unutmayın.
X