"Hamı "Qarabağ"a məğlubiyyətimizə məyus oldu".
Fanat.Az xəbər verir ki, bu sözləri Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Bertran Krasson deyib.
49 yaşlı mütəxəssis avrokuboklardakı oyunlardan danışıb. Belçikalı məşqçi "Qarabağ"a evdə 1:4 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından sonra azarkeşlərin məyus olduğunu vurğulayıb: "Qrup mərhələsinin ilk turunda APOEL-i 4:3 hesabı ilə məğlub etdik. Nikosiyadakı qələbəmizdən sonra hər kəs Lüksemburqda "Qarabağ"ı məğlub edə biləcəyimizi normal qarşılayırdı. Bütün insanlar məğlubiyyətimizdən sonra məyus oldular".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol